PODRATÇILARIN ÇOXU YERLİ MÜƏSSİSƏLƏRDİR
AZƏRTAC xəbər verir ki, Azəri-Çıraq-Günəşli ( AÇG) yatağının dərin hissəsinin işlənməsi, Faza 3 layihəsi çərçivəsində qazma, texnoloji təchizat və yaşayış birləşmiş platformasının hazırlanması, quraşdırılması və istismara verilməsi üzrə podrat işlərinə bu ilin fevralında başlanmışdır. Bu işlər Bakı Dərin Özüllər Zavodunun infrastrukturundan, avadanlığından və işçi qüvvəsindən istifadə etməklə, əsasən, Bakıda yerinə yetiriləcək.
Layihələrin icrasına təqribən 3 milyon adam-saat sərf olunacaq və işin təxminən 80 faizi yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək. Şirkət işin maksimum dərəcədə yerli - azərbaycanlı işçi qüvvəsi ilə yerinə yetirmək öhdəliyinə sadiq qalaraq, təhlükəsizlik texnikası və ixtisasartırma kursları üzrə geniş təlim proqramları həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]