“Poetika.izm” jurnalının növbəti nömrəsində
Bakı, 12 mart, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının 2020-ci il üçün ikinci nömrəsi nəşr olunub.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Tarixi poetika”, “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktur, forma”, “İntertekstuallıq və multidisiplinar əlaqələr”, “Yubileylər” bölmələrindən ibarətdir. Bu nömrə akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”un janrı: “yazılı” epos və ya roman-epopeya” məqaləsi ilə başlayır.
“Poetika.izm” elmi jurnalının baş redaktoru Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, baş redaktor müavini professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.
Jurnalın redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Türkiyə və Polşa alimləri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]