“POLİS VƏ JURNALİST MÜNASİBƏTLƏRİ” MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Respublikamızın qərb bölgəsini əhatə edən hüquq mühafizə orqanları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə parlament seçkiləri ərəfəsində keçirilən kütləvi aksiyalarda polis əməkdaşları ilə jurnalistlər arasında baş verə biləcək anlaşılmazlıqların aradan qaldırılması yolları müzakirə olunmuş, ölkə başçısının seçkilərlə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışılmışdır. Seminar-müşavirə iştirakçıları bu cür tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulamışlar. Sonda kütləvi aksiyalarda seçilmək üçün bir qrup jurnalistə Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə hazırladığı və üzərində xüsusi işarə olan gödəkcələr paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]