Politico: Donald Tramp Kiyev nümayəndələri ilə təmaslardan yayınır
Bakı, 19 yanvar, AZƏRTAC
2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından ən çox ehtimal olunan namizəd, sabiq prezident Donald Tramp Ukrayna nümayəndələri ilə təmaslardan yayınır. Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson da oxşar mövqe tutub.
AZƏRTAC xəbər verir ki, Amerikanın “Politico” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
“Donald Tramp və Mayk Conson ilə Ukrayna rəsmiləri arasında sabit ünsiyyət yoxdur. Qarşılıqlı əlaqənin olmaması məqsədyönlü görünsə də, seçkilərdən sonra vəziyyət dəyişə bilər”, - deyə qəzetin məqaləsində bildirilir.
Qeyd edək ki, yanvarın 15-də respublikaçıların Ayova ştatında keçirdikləri kokuslarda Donald Tramp inamlı qələbə qazanıb. Səsvermənin nəticələrinə görə, o, partiya tərəfdarlarının 51 faizinin səsini toplamayıb. Sabiq prezident dövlət başçısı postu uğrunda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə 24 saat ərzində Ukraynadakı münaqişəyə son qoyacağını vurğulayıb. O, Kiyevin bunun üçün ərazi güzəştlərinə getməli olacağını da istisna etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]