Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan Şərq və Qərbin kəsişməsində yüksələn siyasi gücdür

Politoloq: Azərbaycan Şərq və Qərbin kəsişməsində yüksələn siyasi gücdür

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasi kurs nəticəsində ölkəmiz qısa bir müddət ərzində böyük diplomatik uğurlar əldə edib. Hazırda ölkəmizin mövqeləri qlobal siyasi sistemdə kifayət qədər sabit və güclüdür. Azərbaycan regional liderlikdən beynəlxalq siyasi mərkəzin ən vacib aktorlarından biri halına gəlib. Ölkəmizin mövqelərini gücləndirməyi həm Qərb, həm də Şərq tərəfindən etiraf edilir. Azərbaycan Avrasiya materikində vacib klid nöqtəsi kimi, Avropa və Asiya üçün əvəzedilməz yerdir.

Bu gün dünyada Prezident İlham Əliyevin nüfuzunun artmağı, əhəmiyyətli proseslərdə vacibliyi dövlətimizin mövqelərinin möhkəmlənməyi ilə müşahidə edilir. Demək olar ki, hər gün Azərbaycanın önəmi haqqında analitik yazılar yazılır, dünya mediasında hərtərəfli təhlili aparılır. Ən önəmli məsələlərdən biri isə odur ki, Azərbaycan təkcə təhlükəsizlik, siyasi və iqtisadi anlamda deyil, hazırda bəşəriyyət üçün vacib əhəmiyyətə malik bir çox parametrlər üzrə həm Avropa, həm də Asiya üçün vacib qüvvədir. Dövlətimizin başçısına həm Qərbdə, həm də Şərqdə böyük simpatiya var, onun yüksələn siyasi reytinqi Avropada da, Asiyada da maraqla qarşılanır. Dünya siyasətinin qabaqcıl simaları Prezident İlham Əliyevin uğurlarının səbəblərini təhlil edirlər. Belə ki, Prezidentimizin Bolqarıstana sonuncu səfərində nüfuzlu siyasətçilərin dili ilə bu heyranlıq bir daha ifadə edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov söyləyib.

T.İsmayılov qeyd edib ki, Azərbaycan təmsil olunduğu platformalarda dünya üçün vacib məsələlərin həllində aparıcı rolu oynayır. Ölkəmizin Qoşulmama Hərəkatında (QH) uğurlu sədrliyi dövründə Azərbaycan qlobal ədalətsizliyin aradan qaldırılması üçün vacib qərarların qəbuluna nail oldu. Azərbaycanın uğurlu sədrliyindən sonra QH vaksin milliyyətçiliyi və bir çox nizamsızlıqlara qarşı vahid mövqe nümayiş etdirdi. Dövlətimizin başçısının səyləri nəticəsində BMT-də pandemiyanın yaratdığı problemlərə həsr edilən dinləmələr keçirildi. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib və “Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-də Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Ötən müddət ərzində əldə olunan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirir. Bütövlükdə QH-a üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. QH Parlament Şəbəkəsinin yaradılması da daxil olmaqla, ölkəmizin qlobal səyləri və Prezident İlham Əliyevin beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə hesablanan təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən birmənalı dəstəklənib. Bu platformadakı uğurlu fəaliyyət Asiyadan Cənubi Amerikaya qədər qəbul edilmiş Azərbaycanın siyasi güc faktorunu bir daha göstərir.

Politoloq bildirib ki, Azərbaycanın növbəti diplomatik qələbəsi ilə müşahidə edilən Praqa görüşlərində Aİ-nin ölkəmizə verdiyi dəyəri gördük. Azərbaycan Qərbin enerji təhlükəsizliyində ən vacib faktorlardan biridir. Bolqarıstanda və Praqada dünya liderləri Azərbaycan Prezidentini pozitiv örnək kimi dəyərləndirdilər. Eyni zamanda, dövlətimizin başçısının Praqadan sonra Sankt-Peterburqa dəvət edilməsi, ardınca Qırğızıstan səfəri Asiyanın da İlham Əliyev siyasətinə olan marağını nümayiş etdirir.

“Azərbaycanın nəqliyyat sektorunda bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələri genişlənib. Azərbaycan Avropa və Asiya arasında nəqliyyat qovşağının, kommunikasiya siyasətinin əvəzedilməz faktorudur.

Bir neçə ay öncə Bakıda Türkiyə, Azərbaycan və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Nazirlər regional əməkdaşlıq məsələlərinə və Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişaf potensialına xüsusi diqqət yetiriblər. İclasın yekununda Bakı Bəyannaməsi imzalanıb və Orta Dəhlizdən tam istifadə ilə bağlı praktiki məsələlərin həlli üçün nəqliyyat üzrə idarələrarası İşçi Qrupu yaradılıb. Nazirlərin toplantısından sonra, iyunun 29-30-da Nəqliyyat və Rabitə üzrə Azərbaycan-Türkiyə İşçi Qrupunun ilk iclası keçirilib. Tərəflər 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsini 4,6 milyard dollardan 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan respublikalarının xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin energetika, xüsusilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd edilib”,- deyə STM-n baş məsləhətçisi vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının(TDT) daha da koordinə edilməsinə nail olub. Ölkəmizin güclü səyləri ilə TDT indi ən vacib təşkilatlardan biridir. Yaxın gələcəkdə isə TDT-nin inkişaf perspektivləri və dünya siyasət arenasında həlledici rola malik olacağı şübhə doğurmur.

Dünya xəritəsində indi Azərbaycan kimi dövlətlər azdır. Azərbaycanda həyata keçirilən inkişafa yönəlik siyasət nəticəsində ölkəmizin əlverişli geostrateji mövqeyini diplomatik qüdrətimizlə bütün dünyaya qəbul etdirmişik. Azərbaycan şanslıdır ki, onun həm Avropa, həm də Asiyada örnək götürülən dövlət başçısı var.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib