Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycanda islahatlar sistemli və kompleks şəkildə həyata keçirilir

Politoloq: Azərbaycanda islahatlar sistemli və kompleks şəkildə həyata keçirilir

Bakı, 5 may, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycanda islahatlar sistemli və kompleks şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bütün sahələri əhatə etməsi vətəndaşların ürəyincədir və gözləntiləri doğruldur. Təbii ki, vaxt ötdükcə və zaman dəyişdikcə yenilənmələrin aparılması labüd bir prosesdir. İslahatlar ölkəmizdə həyati əhəmiyyəti olan bütün sferaları- institusional, kadr, iqtisadi, siyasi, bir sözlə, bütün bloku əhatə edir. Azərbaycanın timsalında müşahidə olunan islahatlar dinamikası rasional nəticələrlə müşahidə olunur. Bu, həyatın müxtəlif sahələrində özünü büruzə verən şəffaflıq, qənaətcillik, hadisələrin ictimaiyyətə açıqlanması prosesində daha aydın görünür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.

Politoloq bildirib ki, Azərbaycanın tarixinə islahatlar ili kimi daxil olan 2019-cu ildə bir sıra mühüm işlər görüldü. Sosial paket layihələri həyata keçirildi. 4,2 milyon insanın sosial vəziyyəti yaxşılaşdırıldı, minimum əməkhaqları, minimum pensiyalar, müavinətlər əhəmiyyətli dərəcədə artdı. Ötən il həm də qanunvericilik sahəsində dəyişikliklərlə yadda qaldı. Dövlətin əsas qanunu olan Konstitusiyada dinamikanın təmin edilməsi mühüm şərtlərdəndir və cəmiyyətin konkret hədəflərə yönəlmiş inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi zərurətindən irəli gəlir. Təbii ki, dövr, zaman dəyişdikcə, yenilənmələrə ehtiyac duyulur. Məhz bu səbəbdən Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri Prezident İlham Əliyevə müraciət edərək Milli Məclisin buraxılması ilə bağlı müraciət etdilər. 9 fevral seçkilərindən sonra Milli Məclis yeni tərkibdə formalaşdı. Parlament üzvlərinin üçdəbir hissəsini yeni seçilən deputatlar təşkil etdi. Parlamentin rəhbərliyində mühüm dəyişikliklər edildi. Müxalif partiya nümayəndələri parlament və komitə rəhbərliyində yer aldılar.

T.Abbasov hakimiyyət və müxalifət arasında yaradılan siyasi dialoqdan da danışıb: “Hakimiyyət tərəfindən irəli sürülən siyasi dialoq məfkurəsinin gücləndirilməsi yerində atılmış addımdır. Hakimiyyət mütəmadi olaraq müxalif qüvvələri dialoqa, təmasa dəvət edir, birgə müzakirələr aparmağı təklif edir. Lakin müxalifətdə vahid platforma yoxdur. Müxalifətdə müxtəlif spektri təmsil edən qüvvələr- radikallar, solçular, mötədillər var. Bu qüvvələr arasında barışmaz mövqe tutanlar çalışırlar ki, “müxalifət” sözünü özlərinin inhisarına çevirsinlər. Bu, çox yanlış addımdır. Belə qüvvələr, əslində, insanlar arasına çaşqınlıq yaradır və hərc-mərclik salmağa çalışırlar. Bunların işi yalnız və yalnız tənqid etməkdir, təklif isə yoxdur. Təbii ki, tənqid etmək asandır, işlək mexanizmləri işə salmaq isə çox çətindir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın çox inkişaf etdiyini, ölkənin yeni imicinin formalaşdığını diqqətə çatdıran politoloq bildirib ki, Azərbaycan özünü təsdiq edən bir ölkəyə çevrilib. Azərbaycanın dünya miqyasında tanınması, nüfuzunun artması dövlət başçısının xidmətlərinin nəticəsidir.

Politoloq Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə təcrübəsindən və digər ölkələrə örnək göstərilməsindən də bəhs edib. Diqqətə çatdırıb ki, əgər ölkəmizin ehtiyat yastığı olmasaydı, bu vəziyyətdən çıxa bilməkdə çətinlik çəkər və çox zərər görərdi. Faktdır ki, qonşu Ermənistanın anlaşılmaz, naqolay siyasət yürütməsi ona baha başa gəlir. Pandemiya dövründə bu ölkə təbii qaz üçün başqa ölkələrə yalvarmalı olur. İşğalçı ölkədə kommunal xidmətlərlə bağlı problem yaşanır. Paşinyan hökuməti isə vətəndaşlarını boş-boş vədlərlə aldadır və əslində heç bir iş görə bilmir. Çünki dövlətin buna iqtisadi gücü çatmır və ehtiyat yastığı yoxdur. Digər bir çox ölkələrdə də vəziyyət bundan yaxşı deyil. Koronavirusla mübarizə Azərbaycanın forsmajor vəziyyətə hər zaman olduğunu bir daha sübut etdi.

Politoloq pandemiya şəraitində vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin atdığı addımların təqdirəlayiq olduğunu vurğulayıb. Bildirib ki, dəstək proqramına əsasən, dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam, 600 min özəl sektor nümayəndəsinin, o cümlədən mikrosahibkarın əməkhaqqının əhəmiyyətli hissəsi, aztəminatlı təbəqəyə aid olan 600 min insanın, o cümlədən işsizlərin və qeyri-formal məşğul olanların vəsaiti dövlət tərəfindən ödənilir. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə kasıb insanlara əl tuturlar. Bu istiqamətdə atılan məqsədyönlü addımlar bir daha göstərdi ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sağlamlığı dayanır.

“Azərbaycanda hüquqi dövlət quruculuğu, Əsas Qanunun aliliyinin təmin edilməsi təmin olunur, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə olunması istiqamətində mühüm işlər görülür. İslahatların aparıldığı bir dövrdə isə bəzi məmurların vəzifələrindən sui-istifadə etmələri hiddət doğurur. İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi vətəndaşa kömək göstərmək, onun problemlərinə diqqətlə yanaşmaq və həll etməkdir. İmkansız vətəndaşlar üçün nəzərdə tutulmuş ərzaq paylarını, maaşları mənimsəyənlər ən ciddi cəzaya layiqdirlər. Bu çətin dönəmdə vətəndaşa verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı mənimsəmək bağışlanmaz cinayətdir. Bu, dövlətimizin apardığı islahatlara kölgə salmaqdır, həm xalqa, həm də dövlətə xəyanətdir. Belələri müasir dövrün antipodlarıdır, buna başqa ad vermək olmaz. Son vaxtlar dörd icra başçısının cinayət başında yaxalanması, korrupsiyaya və rüşvətxorluğa görə məsuliyyətə cəlb edilməsi vətəndaşların hüquqlarının pozulmasına qarşı barışmaz mövqenin göstəricisidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı hamımız birlikdə mübarizə aparmalı, Prezidentə dəstək olmalıyıq”, - deyə politoloq qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar