SİYASƏT
Politoloq: Bu gün erməni xalqı məyusluq içərisindədir, Paşinyanın siyasəti iflasa uğrayıb
Bakı, 6 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Faşist ideologiyasına xidmət edən Ermənistan hakimiyyəti öz təcavüzkarlıq əməllərindən əl çəkmir. Ermənistanın faşist mahiyyəti özündə irqi ayrı-seçkiliyi, başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Ermənistan regionda indiyədək təcavüz və işğalçılıqdan başqa heç bir şeyə nail olmayıb. Bu fonda Azərbaycanın inkişafı uğursuz Ermənistanı qıcıqlandırır və onda qısqanclıq hissi yaradır. Bədnam qonşumuz bu qısqanclığı işğalçılıq, təcavüzkarlıq siyasəti ilə kompensasiya etməyə çalışır. Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar onları çox narahat edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elxan Ələsgərov bildirib.
Politoloq hərbi doktrinaya görə mülki obyektlərin və mülki əhalinin atəşə tutulmasının beynəlxalq hüquq və normala zidd olduğunu deyib. Qeyd edib ki, Ermənistanın bu təxribatları yerli əhalini qorxutmağa və ölkəmizin döyüş əməliyyatlarını dayandırmağa yönəlib. Ermənistan silahlı qüvvələrinin Gəncəni hədəfə alması növbəti təxribatdır.
Elxan Ələsgərov Ermənistanın Azərbaycanla döyüş əməliyyatlarında bütün tipli silahlardan istifadə etdiyini qeyd edib. Onun sözlərinə görə, düşmən köhnə “Skad”dan, “Toçka-U”dan istifadə edir. Artıq məlumdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən atılan raketlərdə kaset döyüş başlıqlarından istifadə olunması faktı var. Bu, Haaqa Məhkəməsinin prinsiplərinə ziddir. Ermənistan bununla beynəlxalq hüququn normalara meydan oxuyur.
Politoloq bildirib ki, Ermənistanın guya Azərbaycana xarici muzdlu döyüşçülərin gətirilməsi ilə bağlı informasiyaları heç bir həqiqəti əks etdirmir. Onların öz ordusunda Yaxın Şərqdən gətirilən muzdlular döyüşür. Ermənistan prezidenti Armen Sarkisyan “Əl-Cəzirə” kanalına verdiyi müsahibəsində orduda muzdlu əsgərlərin döyüşdüyünü etiraf edib.
Erməni xalqı məyusluq içindədir. Paşinyanın siyasəti iflasa uğrayıb. Qarabağ klanı ilə Paşinyan arasında uçurum yaranıb. Qarabağ klanı Paşinyanı devirmək üçün hərəkətə keçib. Rusiya isə bu hakimiyyəti dəstəkləmir.
Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ordumuz Ermənistan ordusunu Qarabağdan qovur. Bununla erməni xalqı mifin puç olduğunu görür. Biz Azərbaycan Prezidentinin ətrafında sıx birləşməklə haqqımız olan geri qaytaracağıq.