RƏSMİ XRONİKA
POLŞA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEX KAÇİNSKİYƏ
Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Polşa münasibətlərinə böyük əhəmiyyət veririk. Bu mənada siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. Beynəlxalq və regional qurumlarda, eləcə də enerji layihələri çərçivəsində səmərəli əməkdaşlığımız da ikitərəfli münasibətlərimizin inkişaf dinamikasına birbaşa təsir göstərən amillərdəndir.
Ümidvaram ki, Azərbaycan ilə Polşa arasındakı dostluq ənənələrinin qorunub saxlanması və möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 aprel 2009-cu il.