Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə start verilib
Bakı, 6 fevral, AZƏRTAC
Varşava Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş elmi panel təşkil edilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizin Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, universitet və fakültə rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak ediblər.
Paneldə tarix elmləri doktoru, səfir Həsən Həsənov, Varşava Universitetinin Şərqi Avropa Araşdırma Mərkəzinin fəlsəfə elmləri doktoru David Kolbaia, universitetin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin əməkdaşı fəlsəfə elmləri doktoru Pavel Stavaş, Hərbi Akademiyanın təhlükəsizlik fakültəsinin əməkdaşı xanım Malqojata Zavadzka və Azərbaycanşünaslıq tədris proqramının rəhbəri fəlsəfə elmləri doktoru Şəhla Kazımova çıxış ediblər.
Tədbirin ikinci hissəsində Azərbaycan xalq musiqisindən ibarət konsert olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.12.2025 [15:53]
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub
- 22.12.2018 [11:08]