Polşada dövlət mediasının rəhbərləri işdən çıxarılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Polşanın yeni mədəniyyət naziri Bartolomey Senkeviç dövlət televiziya və radio şirkətlərinin, həmçinin Polşa Mətbuat Agentliyinin rəhbərlərini vəzifələrindən azad edib.
AZƏRTAC xəbər verir ki, Polşa Mədəniyyət və Milli İrs Nazirliyinin yaydığı məlumata görə, bu addım bir gün əvvəl Seym tərəfindən qəbul edilən “kütləvi informasiya vasitələrinin və Polşa Mətbuat Agentliyinin etibarlılığının bərpası haqda” qətnamənin icrası çərçivəsində atılıb.
Bundan öncə hakimiyyətdə olan “Hüquq və Ədalət” partiyasının sədri Yaroslav Kaçinski isə öz növbəsində bildirmişdi ki, partiya üzvləri ölkənin yeni hakimiyyətinin dövlət KİV rəhbərlərinin dəyişdirilməsi və islahatlarla bağlı mümkün qərarlarına etiraz olaraq Polşa Televiziyasının binasında növbə çəkəcəklər.
Qeyd edək ki, Polşada oktyabrın 15-də keçirilən seçkilərdə əvvəllər müxalifətdə olan “Vətəndaş Koalisiyası”, “Üçüncü Yol” hərəkatı və “Sol” partiya parlamentin aşağı palatasında yerlərin əksəriyyətini qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]