Polşada Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb
Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında 1918-1920-ci illərdə bu ölkənin Baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Akademiyanın müəllim və tələbə heyəti, Poznan ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya İqnaçı Paderevskinin və Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətləri haqqında məlumat verib. O, barelyefin İ.Paderevskinin adını daşıyan Musiqi Akademiyasında açılmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Ölkəmiz haqqında məlumat verən səfir Həsən Həsənov Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb. Diplomat bildirib ki, barelyefin açılışı Azərbaycan xalqının öz dostlarını unutmadığını göstərir.
Sonra Həsən Həsənov və Halina Lorkovskaya barelyefin rəmzi açılışını bildirən lenti kəsiblər.
Tədbir Akademiya tələbələrinin konsert proqramı ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [12:14]
Meksika Senatında WUF13-lə əlaqədar sərgi açılıb
- 13.02.2026 [02:44]
Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub
- 12.02.2026 [21:34]
Bakıda Küveytin Milli Günü qeyd olunub VİDEO
- 12.02.2026 [20:14]
İstanbulda COP31-ə hazırlıq üzrə ilk strateji planlama iclası keçirilib
Nəsillərə örnək sənət ömrü
- [11:35]
NBA: Lider öz meydanında uduzub
- [10:35]
Azərbaycan nefti ucuzlaşıb
- [10:04]
Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq
- 12.02.2026 [23:26]
Rusiya Gürcüstan ilə dəmir yolu nəqliyyatını bərpa etmək istəyir
- 12.02.2026 [23:01]
Ayxan Abbasov: C Liqasına qayıdacağımıza inanıram
- 12.02.2026 [22:30]