PORTUQALİYANIN YENİ HÖKUMƏTİ AND İÇMİŞDİR
Portuqaliyada yeni hökumətin yaradılmasına səbəb budur ki, əvvəlki baş nazir Joze Manuel Duran Barrozu Avropa komissiyasının sədri vəzifəsinə namizəd seçildikdən sonra istefa vermişdir. Belə şəraitdə Portuqaliya Prezidenti Jorji Sampayyu növbədənkənar parlament seçkiləri keçirilməməsini qərara almış və buna görə də Nazirlər Kabinetinin formalaşdırılmasını sağ mərkəzçi Sosial-Demokrat Partiyasının lideri, sağ təmayüllü Xalq Partiyası ilə koalisiyada olan Lopeşə həvalə etməyi qərara almışdır.
Yeni hökumətdə xarici işlər naziri təcrübəli diplomat Antoniu Monteyru, dövlət naziri, iqtisadiyyat və əmək işləri naziri Alvaru Barretu təyin edilmişlər. Xalq Partiyasının lideri Paulu Portaş dövlət naziri və milli müdafiə naziri vəzifəsində qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]