PRAQADA “AZƏRBAYCAN CAZ GECƏSİ” KEÇİRİLMİŞDİR
Azərbaycanın Çexiyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, dekabrın 11-də Praqa şəhərində səfirlik tərəfindən “Azərbaycan caz gecəsi” təşkil edilmişdir.
Gecəni giriş sözü ilə açan səfir Tahir Tağızadə qonaqlara Azərbaycanda caz janrının keçmiş olduğu tarixi yol, 90-cı illərdən bəri vüsətlə inkişafı, tanınmış cazmen soydaşlarımız və gənc istedadlar haqda məlumat vermişdir.
Gecədə Montrö (İsveçrə) beynəlxalq musiqi festivalının mükafatçısı, gənc pianoçu və cazmen Şahin Növrəsli solo konsertlə çıxış etmişdir.
Avropanın müxtəlif şəhərlərində maraqlı konsert proqramları ilə çıxış etmiş Şahin Növrəsli konsertdə klassik musiqi ilə yanaşı, milli musiqi nümunələri və müasir caz musiqisini sintez halında ifa etmişdir.
Gecədə Praqada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, o cümlədən 20-dən artıq səfir və müvəqqəti işlər vəkilləri, praqalılar və Çexiyada yaşayan həmvətənlərimiz iştirak etmişlər.
Səfirliyin əməkdaşları tərəfindən “Azerbaijan Digest” və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabları qonaqlar arasında yayılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]