Premyer Liqa: "Qarabağ" səfərdə autsayderə böyük hesabla qalib gəlib
Bakı, 11 aprel, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XXX tura start verilib.
AZƏRTAC xəbər verir ki, açılış oyununda “Qarabağ” “ASCO Arena”da autsayder “Səbail”in qonağı olub.
Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində qolları 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52, 65-ci dəqiqələrdə isə Leandro Andrade vurublar. Meydan sahiblərindən isə 72-ci dəqiqədə David Qomis fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 73-ə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir. “Səbail” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]