Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı
Bakı, 29 mart, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start veriləcək.
AZƏRTAC xəbər verir ki, XXVIII turun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 16:30-da başlayacaq.
Bölgə təmsilçisi hazırda 16 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb. “Neftçi” isə 40 xalla üçüncü yerdədir.
Günün digər oyununda “Kəpəz” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi bu matçda məğlub olmayacağı təqdirdə, sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.
Gəncə klubu 27 xalla doqquzuncu sırada yer alıb, “köhlən atlar” isə 66 xalla liderdir.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]