Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev – Türk Dünyasının Ali Ordenli Lideri

Prezident İlham Əliyev – Türk Dünyasının Ali Ordenli Lideri

Bakı, 15 noyabr, AZƏRTAC

Heç kəsə sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev son 18 il ərzində dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı, beynəlxalq sülh və təhlükəsizliyin təminatı, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə verdiyi misilsiz töhfələrə görə ayrı-ayrı dövlətlərin çoxsaylı ali ordenlərinə layiq görülüb. Bütün bu reallıqlar fonunda Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinin daha böyük məna və əhəmiyyəti var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “İlham Əliyev - Türk Dünyasının Ali Ordenli Lideri” sərlövhəli məqaləsində yer alıb.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxışında şəxsinə və xalqına göstərilən bu yüksək etimada görə təşəkkürünü ifadə edərək bildirib: “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.

Türk Şurasının tamhüquqlu üzvü olan dörd dövlətin -Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinin məlum seçimini şərtləndirən amillər bu Qərarda və Rəcəb Tayyib Ərdoğanın çıxışında müfəssəl şəkildə əsaslandırılıb. Həmin amilləri şərti olaraq üç qrupa bölmək olar. Birincisi, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edən tarixi zəfər. İkincisi, bu tarixi zəfərə imza atmaqla türk birliyinin formalaşması prosesinə mühüm töhfə. Üçüncüsü, tarixi qələbə nəticəsində bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yolun açılması.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır, türk dünyası kimi daha geniş coğrafi arealı əhatə edir. Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan olduqca böyük məna kəsb edir: “Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin məğlubedilməz sərkərdə və mahir diplomat kimi qazandığı tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Bu gün “Köhnə qitə”də baş verən qorxulu proses və tendensiyalar fonunda, yəni islamofobiya, ksenofobiya, irqçilik, xüsusilə də neofaşizmin dirçəlməsi reallığında Azərbaycanın qazandığı qələbə həm də qlobal əhəmiyyət kəsb edir.

Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olub. Bu ideologiya tarixin zibilliyinə kəmiyyət dəyişikliyi əlavə edib. Eyni məkanda “Ermənistan-diaspor-artsax” ideoloji triadası da yer alıb.

Türkiyə kimi güclü qardaş dövlətin Vətən müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycanın yanında olduğunu bəyan etməsi, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərməsi üçüncü dövlətlərin hərbi avantürasının qarşısının alınmasında müstəsna rol oynadı. Prezident İlham Əliyevin Türk Şurasının Zirvə görüşündə bu məqama xüsusi diqqət ayıraraq vurğuladı: “Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək”. Nəticədə Ermənistanın siyasi-hərbi rəhbərliyinin ayrı-ayrı ermənipərəst dövlətləri, siyasi dairələri, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək niyyəti fiaskoya uğradı. Türkiyə Azərbaycanın strateji müttəfiqi olaraq Qarabağın bərpası və yenidənqurulması prosesinə də böyük töhfələr verir.

2019-2021-ci illərdə Azərbaycan Respublikasının Türk Şurasına sədrlik etməsi olduqca mürəkkəb tarixi dövrə təsadüf etdi. Bütün dünya koronavirus pandemiyası ilə çətin və ağır mübarizə şəraitində yaşamağa məhkum oldu. Dünyanın təhlükəsizliyinə daha böyük cavabdehlik daşıyan böyük dövlətlər və beynəlxalq təşkilatların müəmmalı susqunluğu fonunda Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət və prinsipiallıq göstərərək çevik və operativ addımlara imza atdı.

Dövlətimizin başçısının təşəbbüsü ilə 2020-ci ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, mayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələləri baxımından müstəsna əhəmiyyət kəsb edilib. Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının məlum Zirvə görüşü beynəlxalq birliyin pandemiyaya qarşı mübarizəsində səylərin uzlaşdırılması və təcrübə mübadiləsi baxımından ilk tədbiri olmuşdur. Bu addımı ilə də Prezident İlham Əliyev pandemiya dövrünün mürəkkəb reallıqları fonunda növbəti ilkə imza atıb. Azərbaycan Prezidentinin gözlənilməz situasiyada təmkin, bacarıq və iradə ortaya qoyması, habelə məsuliyyəti üzərinə götürmək qabiliyyəti nümayiş etdirməsi türkdilli dövlətlər, onların xalqları və siyasi rəhbərləri tərəfindən yüksək qiymətləndirilib və Türk Şurasının məlum İstanbul qərarının yaranmasına birbaşa təsir göstərib. Azərbaycan Respublikası öz siyasi Liderinin-Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmaqla, pandemiyaya qarşı mübarizədə türk dövlətlərinin səylərini koordinasiya etməklə, habelə onlar arasında əməkdaşlıq mühitinin genişlənməsinə töhfələr verməklə Türk Şurasının Türkdilli Dövlətlər Təşkilatına çevrilməsi üçün olduqca münbit şərait yaradıb. Məhz Türk Şurasının 2019-cu ildə Bakıda keçirilən VII Zirvə Görüşündə Türkmənistan fəxri qonaq statusunda iştirak edib, Özbəkistan isə tamhüquqlu üzv olub.

Bundan savayı, Azərbaycanın tarixi zəfəri postmünaqişə dövrü problemlərinin həlli üçün də yeni imkanlar pəncərəsi açıb. Xüsusilə də yeni reallıqlar əməkdaşlığın alternativinin olmadığı həqiqətini diktə edir. Məsələyə bu xüsusda yanaşdıqda Ermənistan və Azərbaycan arasında iqtisadi-kommunikasiya əlaqələrinin bərpası tarixi zərurətə çevrilib. Zəngəzur dəhlizinin işə salınması ilə bu prosesdə maraqlı olan bütün tərəflər uduşlu vəziyyətdə olacaqlar. Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında dəmiryol və avtomobil yolu əlaqəsinin bərpası baş tutacaqdır. Azərbaycan və Türkiyə arasında qardaş dövlətlər olaraq əlavə kommunikasiya əlaqəsi yaranacaq. Nəticədə Türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün unikal imkanlar yaranmış olacaq. Bu isə ilk növbədə türkdilli dövlətlər arasında mövcud 21 milyardlıq dollarlıq ticarət dövriyyəsinin kəskin artımını şərtləndirə bilər.

Tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılıb. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar. Təəssüf ki, qeyd edilən məsələlərin həlli istiqamətində Ermənistandan müsbət siqnallar gəlmir. Azərbaycan xalqı 8 Noyabr - Zəfər Gününün bir illiyini böyük atəşfəşanlıqla-qalibə uyğun səviyyədə keçirdiyi reallıqda Ermənistanda revanşizm mövqeyindən bəyanatlar səslənir, təxribatçı addımlara əl atırlar. Ermənistan dövləti 44 günlük ikinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətə məruz qalıb və kapitulyasiya aktı imzalayıb. Bu gün Ermənistanda hərbi canilər Köçəryan və Sarkisyan “milli müqavimət hərəkatı” yaratdıqlarını bəyan ediblər. Hədəfləri Paşinyan hökumətini devirmək və Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını yenidən gündəmə gətirməkdən ibarətdir. Belə revanşist və xəstə düşüncənin daşıyıcıları papaqlarını qarşılarına qoyub düşünsünlər və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türk Şurasının İstanbul Zirvə Görüşündə səsləndirdiyi xəbərdarlığı yaddan çıxarmasınlar: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə, onlar daha da pis duruma düşə bilərlər”. Başqa sözlə, Tarixi Zəfərimizin simvolu olan “dəmir yumruq” yerindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına