Prezident İlham Əliyevin Fransaya işgüzar səfəri İtaliya mətbuatının diqqət mərkəzində
Roma, 30 oktyabr, AZƏRTAC
İtaliyanın bir sıra xəbər saytlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri ilə bağlı yazılar yerləşdirilib.
Yazılarda Prezident İlham Əliyevin Fransa Prezidenti Fransua Olland ilə görüşündə müzakirə olunan məsələlərlə bağlı məlumatlar yer alıb.
Məqalələrdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma