Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi nadir təşəbbüslər kontekstində

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi nadir təşəbbüslər kontekstində

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Belqrad şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edərək videoformatda proqram xarakterli çıxış edib. Dərin forma-məzmun mündəricəsi, analitik və sistemli təhlil üslubiyyatı və olduqca mühüm təkliflərin irəli sürülməsi ilə seçilən nitqini dövlətimizin başçısı həm dünya səviyyəli Lider, həm Qoşulmama Hərəkatının Sədri, həm də müzəffər Sərkərdə olaraq beynəlxalq ictimaiyyətə ünvanlayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.

O bildirib ki, Prezidentin çıxışında qaldırılan strateji əhəmiyyətli məsələləri şərti olaraq beş qrupa bölmək olar.

Birinci qrup məsələlər: Qoşulmama Hərəkatının yaranması, onu şərtləndirən amillər, prinsipləri və fəaliyyət istiqamətləri.

Çıxışın sözügedən təsnifat üzrə təhlili prosesində dövlətimizin başçısı vurğulayıb ki, 1961-ci ildə yaradılmış Hərəkatın, ilk növbədə, planetimizdə qlobal sülh, ədalət və həmrəyliyin təmin edilməsi prosesinə ciddi töhfə vermək niyyətindən qaynaqlanaraq formalaşıb, beynəlxalq koordinatlar sistemində böyük siyasi çəkiyə və etimada malikdir. Sıralarında fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı suverenlik, ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, daxili işlərə qarışmama kimi beynəlxalq hüquq normalarını özündə ehtiva edən Bandunq prinsiplərinə sadiqdir.

İkinci qrup məsələlər: Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının üzvü seçilməsindən onun sədri statusuna yüksələnədək keçilən yolun qiymətləndirilməsi.

Prezident İlham Əliyevin sözügedən mötəbər beynəlxalq tədbirdə toxunduğu digər vacib məsələ Azərbaycan Respublikasının sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək mənafeyindən çıxış edərək Qoşulmama Hərəkatına qoşulmaq qərarı ilə bağlı oldu. Prezident vurğuladı ki, qısa müddət ərzində Azərbaycan öz səmərəli və uğurlu fəaliyyəti ilə Hərəkata üzv dövlətlərin hörmət və etimadını qazana bildi. Nəticə özünü çox gözlətmədi. 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün dünyanın BMT-dən sonra üzvlərinin sayına görə ikinci yerdə dayanan nəhəng beynəlxalq təşkilatının sədri seçildi. 2019-cu il oktyabrın 25-26-də Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakı şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan quruma sədrliyi üzərinə götürdü və fəaliyyətini tarixi Bandunq prinsipləri əsasında həyata keçirəcəyini bir daha bəyan etdi.

Üçüncü qrup məsələlər: Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının sədri kimi qlobal təhdid mənbəyi olan COVID-19 pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi istiqamətində atdığı addımlar.

Bu da həqiqətdir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövrü bir çox beynəlxalq ekspertlərin doğurduğu fəlakətlərin miqyası baxımından “3-cü dünya müharibəsi” adlandırdıqları COVID-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf edir. Bu mürəkkəb vəziyyət Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın qarşısında ölçüyəgəlməz çətin vəzifələr qoymuş oldu. Qlobal siyasi baxışa malik, çətinlikləri stimula çevirməyi bacaran Prezident İlham Əliyevin formalaşmış mürəkkəb situasiya reallığında atdığı çevik və unikal addımlar pandemiyaya qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət göstərməklə planetar əhəmiyyət kəsb edib.

Prezident çıxışında yuxarıda qeyd olunan reallıqların işığında pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın oynadığı mühüm rola diqqəti cəlb edib. Bir qədər də konkretləşdirsək, 2020-ci ilin mayında Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas Qrupunun videoformatda keçirilən Bakı Zirvə Toplantısında dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə - COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən nadir təşəbbüslə-BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Bu təşəbbüsü BMT Baş Assambleyasının 2020-ci ilin dekabrın 3-də keçirilən Xüsusi Sessiyasında 150-dən artıq ölkə dəstəklədi. Bundan savayı, sözügedən Bakı Zirvə Toplantısında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından etibarlı mənbə kimi istifadə edir. Eyni zamanda, dövlətimizin başçısı mötəbər yubiley tədbirində vurğuladı ki, Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianəsi ayırıb, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bundan başqa, təmənnasız olaraq 4 ölkəyə 150 min doza peyvənd ianə edib.

Dördüncü qrup məsələlər: beynəlxalq siyasətdə ikili standartlar və selektiv yanaşma, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və cəzasızlıq sindromu.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında çıxışında səsləndirdiyi yuxarıda qeyd olunan məsələlər, ilk növbədə, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmaları özündə ehtiva edir. Məsələyə bu prizmadan yanaşan dövlətimizin başçısı təkzibedilməz faktlara və arqumentlərə istinad edərək Ermənistanın məhz beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edərək 30 il ərzində torpaqlarımızın 20 faizini işğal altında saxladığını vurğulayıb. Prezident Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarına xitabən bildirib ki, işğal dövründə Ermənistan öz ərazisində və Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirib, Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədib, yüzlərlə mülki şəxs, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib. İşğal altında olan torpaqlarımız qanunsuz məskunlaşma, təbii sərvətlərin qeyri-qanunu istismarı, mədəni və dini irsimizin məhv edilməsi siyasətinə məruz qalıb. Bir milyondan çox soydaşımızın hüquqlarını total şəkildə pozularaq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilib.

Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qoyulsa da, rəsmi İrəvan buna əməl etməmişdir. Bu davranışının qarşılığında Ermənistanın heç bir beynəlxalq sanksiyaya məruz qalmaması işğalçıda arxayınçılıq sindromu formalaşdırmışdır. Nəticədə beynəlxalq cəzasızlıq rejimindən şirniklənən Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkəmizi “yeni ərazi uğrunda yeni müharibə” ilə hədələməyə başlamışdır.

Dövlətimizin başçısı Ermənistanın militarist siyasətinin pik nöqtəsi olaraq ötən il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığını rəhbəri olduğu mötəbər qurumun liderlərinin nəzərinə çatdırdı. Vurğuladı ki, yaranmış vəziyyətdə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı həyata keçirərək, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. Ermənistan ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının təxminən 30 il ərzində icra olunmayan qətnamələrini yerinə yetirdi.

Beşinci qrup məsələlər: Qoşulmama Hərəkatının postpandemiya dövrü fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi mənafeyinə xidmət edən təkliflər.

Prezident İlham Əliyevin beynəlxalq rezonansa səbəb olmuş təşəbbüsləri bir daha belə bir həqiqəti təsdiqlədi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin sözünün mənası və çəkisi böyükdür. Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həlledici amil onun Liderinin-Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin dövrdə Azərbaycan dövləti və onun Lideri Prezident İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir nümunədir. Milyonları ölümlə hədələyən və bunu icra edən qlobal pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nın daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərilərinə götürəcək və BMT Baş Məclisini xüsusi sessiyasını cağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT Təhlükəsizlik Şurasının heç bir daimi üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu unikal təşəbbüslə məhz Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev çıxış etdi.

Sonda xüsusi olaraq qeyd edək ki, yuxarıda qeyd olunan istiqamətlər üzrə dövlətimizin başçısının rəhbərliyi ilə atılan irimiqyaslı addımlar xalqımız və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Həqiqət ondan ibarətdir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlətimizin başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarını dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar