Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin tarixi çağırışları: BMT tribunasından səsləndirilən tezislər

Prezident İlham Əliyevin tarixi çağırışları: BMT tribunasından səsləndirilən tezislər

Xülasə: Məqalədə Azərbaycan-BMT münasibətləri müasir geosiyasi kontekstdə təhlil edilib. Bu münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin tarixi rolunun qısa xronoloji təhlili aparılıb və göstərilib ki, Azərbaycanl ilə BMT arasında əlaqələrin qurulmasının təməl prinsipləri Heydər Əliyev tərəfindən işlənib. Ulu öndər BMT Baş Assambleyasının 49-cu sessiyasında və BMT-nin 50 illiyinə həsr edilmiş xüsusi iclasda həm Azərbaycanın xarici siyasətinin prioritetlərini bəyan edib, həm də ölkəmizlə bu mötəbər beynəlxalq təşkilatın qarşılıqlı əlaqələrinin başlıca məqamlarını ifadə edib. Məqalədə Ulu Öndərin müəyyən etdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin BMT-Azərbaycan münasibətlərini uğurla inkişaf etdirdiyi əsaslandırılır. Son nümunə kimi Azərbaycan Prezidentinin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqi göstərilir. Məqalədə həmin nitqin geosiyasi təhlili aparılır və konkret nəticələr çıxarılır.

Bu yaxınlarda BMT-nin Baş Assambleyasının 72-ci sessiyası keçirilib. Dünya miqyasında bir-birindən ziddiyyətli proseslərin getdiyi, böyük dövlətlər arasında münasibətlərin daha da kəskinləşdiyi bir mərhələdə dünya ictimaiyyətinin diqqəti Nyu-Yorka yönəlmişdi. İnsanlar siyasətçilərdən problemlərin həlli yolları ilə bağlı fikirlər gözləyirdilər. Lakin bir sıra dövlət başçıları radikal və əsassız çıxışları ilə ümidləri doğrultmadı. Xüsusilə Ermənistana rəhbərlik edən Serj Sarkisyan gülüş obyektinə çevrildi. Bununla yanaşı, əksər dövlət başçılarının nitqləri böyük maraqla dinlənildi. Onların sırasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi yeri vardır. Çünki dövlətimizin başçısı öz cəsarətli çıxışında elə məqamlara toxundu ki, həmin məqamlar yalnız Azərbaycan üçün deyil, bütövlükdə BMT-müstəqil dövlətlər münasibətləri aspektində aktual və zəruridir. Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər, hər şeydən əvvəl, Azərbaycan-BMT münasibətlərinin məzmunu və inkişaf dinamikası baxımından əhəmiyyətlidir. Bu məqamlar üzərində geniş dayanmağa ciddi ehtiyac yaranıb.

Giriş

Cari il sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev belə bir tezis ifadə edib: "Azərbaycan Birləşmiş Millətlər Təşkilatının fəal üzvüdür". Azərbaycanın dövlət başçısının dərin mənalı bu fikri bir sıra aspektləri özündə birləşdirir. İlham Əliyevin həmin sessiyadakı nitqinin məzmunu bu istiqamətdə çoxlu sayda incə məqamları dərk etməyə imkan yaradır. Bunlara Azərbaycan-BMT münasibətlərinin tarixi dinamikası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində BMT-nin rolu və yeri, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına olan ehtiyac və müasir mərhələdə Azərbaycan-BMT əlaqələrinin inkişaf perspektivləri və s. aiddir.

Təhlillər göstərir ki, Azərbaycanla BMT arasındakı münasibətlərin formalaşması mürəkkəb geosiyasi şəraitdə baş verir. Burada ölkəmizin bu mötəbər təşkilata üzv olmasından başlayaraq, bu günə qədər müxtəlif geosiyasi, hərbi, təhlükəsizlik, enerji və s. şərtlərin təsirini nəzərə almaq lazım gəlir. Məhz belə yanaşmanın prizmasından Prezident İlham Əliyevin Baş Assambleyanın 72-ci sessiyasının açılışında söylədiyi nitqin həm tarixi dəyərini, həm də məzmun özəlliyini düzgün anlamaq mümkün olur. Şübhəsiz, Azərbaycanın müstəqil dövlət kimi BMT-yə üzv qəbul edilməsi tarixi hadisədir. Ancaq burada iki məqamı diqqətə almaq gərəkdir. Birincisi, Azərbaycanın BMT-yə üzvlüyü ərəfəsində qlobal geosiyasətdə köklü dəyişikliklər baş verirdi. Bu dəyişikliklərin dünyanı hansı geosiyasi müstəviyə atacağı aydın deyildi. Yəni qlobal miqyasda bir qeyri-müəyyənlik, gərginlik və böyük güclərin sərt mübarizəsi müşahidə edilirdi.

Bunlara havadarlarının ciddi yardımı ilə Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistanın təcavüzkarlıq siyasətini də əlavə etmək gərəkdir. Nəticədə, Azərbaycan gənc və hələ tam formalaşmamış müstəqil dövlət kimi müstəqilliyin ilk illərindən çətin ziddiyyətlər burulğanına düşdü. Belə bir şəraitdə BMT-yə üzv olmaq çox vacib addım idi.

İkincisi, həmin dövrdə Azərbaycanın daxili siyasi qüvvələri hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparırdılar. Bu, ölkəni çox ağır vəziyyətə salmışdı. Bütün sahələrdə tənəzzül vardı, kənar təcavüzə cavab vermək mümkün olmurdu, naşı idarəetmə ölkəni parçalanmağa doğru aparırdı. Təbii ki, əgər bu proses sona qədər getsə idi, parçalanmış ölkənin BMT kimi təşkilata üzvlüyünün mənasını demək çətin olardı.

Xarici siyasətdə Heydər Əliyev prinsipləri: BMT ilə münasibətlərin məhək daşı

Lakin Azərbaycan xalqı tarixi seçim edərək özünün müdrik rəhbəri Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Qısa müddət ərzində Azərbaycanda proseslər sabitliyə doğru getməyə başladı. O cümlədən ölkənin BMT-dəki fəaliyyəti də yeni məzmun aldı. Artıq 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında Heydər Əliyev Azərbaycan bu beynəlxalq təşkilatın əməkdaşlığının başlıca prinsiplərini yüksək tribunadan bəyan etmişdi. Həmin prinsipləri Ulu Öndər Azərbaycanın “...qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutması"na uyğun müəyyənləşdirib. Eyni zamanda, Heydər Əliyev xatırladıb ki, bütövlükdə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu mürəkkəb və ziddiyyətli prosesdir. Bu səbəbdən müstəqilliyinə qovuşmuş ölkələrə BMT kimi təşkilat ciddi yardım etməlidir. Bu bağlılıqda digər mühüm məqam kimi xarici siyasətin əsas prioritetlərinin müəyyənləşdirilməsi kontekstində beynəlxalq təşkilatlarla münasibətlərin özəl əhəmiyyət daşımasının hər iki tərəfdən dərk edilməsini vurğulamaq olar. O zamandan Azərbaycanın BMT ilə münasibətlərində həmin özəlliyin xüsusi yeri vardır. Bu da ölkənin daim BMT ilə münasibətlərə, beynəlxalq hüquqa sadiq olmasının əyani sübutlarından biridir.

Vurğulanan aspektdə Azərbaycanın xarici siyasətində başlıca yeri sülhə, barışa, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq prinsipi tutur. Bunun üçün Azərbaycan rəhbərliyi bütün istiqamətlərdə balanslaşmış siyasət yeritməkdədir. Şübhə yoxdur ki, həmin kontekstdə beynəlxalq təşkilatlarla, ilk növbədə, BMT ilə əlaqələrin strateji qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, bu seçimin də əsasında Heydər Əliyevin "Birləşmiş Millətlər Təşkilatının, bir sıra münaqişələrin və böhran vəziyyətlərinin aradan qaldırılmasında təcrübəyə malik olan Təhlükəsizlik Şurasının yeni dünya qaydasının qurulmasında aparıcı rol oynamalı" olduğuna dərin inamı dayanır. Deməli, Azərbaycan-BMT münasibətlərinə yeni dünya nizamının formalaşması aspektində yanaşan Ulu Öndər bu prosesdə həmin təşkilata ciddi əhəmiyyət verib.

Heydər Əliyev yuxarıda vurğulanan fikirlərini 1995-ci ildə BMT-nin 50 illiyi münasibətilə Baş Assambleyadakı çıxışında daha da inkişaf etdirib. Ulu Öndər ifadə edib: “İkinci dünya müharibəsindən sonra... xüsusi rol Birləşmiş Millətlər Təşkilatına məxsusdur. O, 50 il ərzində bəşəriyyətin tarixində ən nüfuzlu və ən səlahiyyətli beynəlxalq təşkilata çevrilmişdir”.

Nəhayət, bütün bu fikirlərin yekunu kimi Heydər Əliyev BMT ilə münasibətlərdə açar rolunu oynayan tarixi bir prinsipi dünyaya bəyan edib: “Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz Yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik”.

Vurğulanan məqamlardan Heydər Əliyevin Azərbaycan-BMT münasibətlərində önəm verdiyi üç prinsipdən danışa bilərik. Birincisi, yeni dünya qaydasının fundamental prinsipləri tərəfdaşlıq, möhkəm sülh və hamı üçün təhlükəsizlikdir. İkincisi, Azərbaycan hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursundan qətiyyən dönməyəcəkdir. Üçüncüsü, birinci prinsiplə ikinci prinsipin uzlaşdırılması Azərbaycanın dünya birliyi ilə BMT Nizamnaməsinin və beynəlxalq hüququn normaları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı vasitəsilə reallaşır.

Bir qədər də konkretləşdirsək, Ulu Öndərin müstəqil milli, hüquqi və demokratik dövlət quruculuğunun perspektivini qlobal sülh, bərabərhüquqlu tərəfdaşlıq və hamı üçün təhlükəsizliklə sıx əlaqələndirdiyini görərik. Bu bağlılığın reallaşdırma mexanizmi isə BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarıdır.

Təcrübə göstərir ki, Azərbaycan rəhbərliyi bu prinsiplərə dəqiqliklə əməl edib və BMT ilə əməkdaşlığa daim yüksək diqqət göstərib. Prezident İlham Əliyevin 72-ci sessiyadakı nitqində ifadə etdiyi fikirlər bunun parlaq təsdiqidir. Belə ki, dövlətimizin başçısı həm əvvəlki sessiyalardakı çıxışlarında ifadə etdiklərini, həm də indiki şərtlərin ortaya qoyduğu trendlərin məntiqini çox gözəl uyğunlaşdıra bilib. Qısa və lakonik tezislərlə Azərbaycan-BMT münasibətlərinin mühüm tərəflərini aydın ifadə edib. Bu kontekstdə biz xronoloji müstəvidə bir sıra məqamlara nəzər salmağı məqsədəuyğun hesab edirik.

1993-cü ildən başlayaraq Azərbaycan BMT-də kifayət qədər fəallıq göstərib. Bakı BMT-də yalnız özünə aid olan və regional xarakterli problemlərin həllindən bəhs etməyib. Rəsmi Bakı dəfələrlə BMT-nin qlobal məsələlərin həllində səmərəli fəaliyyəti üçün təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulayıb. Eyni zamanda, Azərbaycan BMT-nin müxtəlif qurum və orqanları ilə aktiv əməkdaşlıq edib. Bu bağlılıqda BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qurumları ilə sıx əməkdaşlığı qeyd edə bilərik.

Bunlara əlavə olaraq, Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürür. "Azərbaycan Respublikası 1995-1997, 1998-2000-ci illər ərzində UNICEF-in İcra Heyətinin, 2000-2002-ci illər ərzində Qadınların vəziyyəti haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir".

Dövlətimizin başçısı İlham Əliyev BMT-nin yüksək tribunasından qlobal təhlükəsizlik və əməkdaşlıq məsələlərinə aktiv münasibətini həmişə bildirib. Məsələn, 2003-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 58-ci sessiyasında o dövrdə Baş nazir olan İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyini vurğulamaqla yanaşı, təşkilata daxil olan üzvlər arasında anlaşılmazlıqların yarana biləcəyini diqqətə çatdırıb. İndiki təcrübə Azərbaycan Prezidentinin o zaman tam haqlı olduğunu təsdiq edir.

Azərbaycan və BMT-də islahatlar: qarşılıqlı əlaqələrin aktual aspektləri

Hələ o illərdə dövlət başçısı BMT Təhlükəsizlik Şurasının problemlərə şəraitə uyğun çevik və adekvat reaksiya verməli olduğunu əsaslandırırdı. İlham Əliyev BMT-nin mövcud mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini də ifadə edirdi. Çıxış yolu kimi Azərbaycan Prezidenti təşkilat daxilində islahatların aparılması zəruriliyini göstərirdi. Bunun üçün əsas prinsiplərdən birinin Təhlükəsizlik Şurasında müasir reallıqlarla yanaşı, son 50 ildə dünyada özünü göstərən proseslərin də nəzərə alınmasından ibarət olduğunu ifadə edirdi.

Bundan əlavə, BMT Baş Assambleyasının 59-cu sessiyasında İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi, tərkibinin genişləndirilməsi, iş metodlarının şəffaflığının təmin edilməsi və qlobal səviyyədə XXI əsrin yeni təhdidlərinə, risklərinə, təhlükələrinə çevik reaksiya verməsi vacibliyi barədə fikirlər ifadə edib. Dövlət başçısı xüsusi qeyd edib ki, TŞ-nin bu funksiyaları yerinə yetirə bilməsi üçün daha çox məsuliyyətli və demokratik olması gərəkdir.

Burada ölkə rəhbərinin vurğuladığı mühüm məqam ondan ibarətdir ki, islahatların aparılması BMT-yə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yerinə yetirməyə yeni imkanlar yarada bilər.

Azərbaycanın BMT orqanlarında aktiv iştirakı 2011-ci il oktyabrın 24-də başqa bir bəhrə də verdi. Həmin tarixdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Prezident İlham Əliyev bu münasibətlə bəyan etmişdi: "Bu, Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

İndi bu qısa xronologiyanın fonunda və yuxarıda Azərbaycan-BMT münasibətlərinin əsas prinsipləri, əhəmiyyətli məqamları işığında dövlət başçısının BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı nitqinin məzmununa nəzər salaq. İlham Əliyevin nitqində Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğalda saxlaması faktını vurğulaması təsadüfi deyil. Bununla ölkə rəhbəri Azərbaycan üçün ən önəmli olan məsələni bir daha ortaya qoyur. Bu, həm də ona görə əhəmiyyətlidir ki, hazırda dünyada mürəkkəb və ziddiyyətli geosiyasi proseslər gedir, lakin BMT onlara ciddi təsir etməkdə acizlik göstərir. Azərbaycan 25 ildir ki, bu mötəbər təşkilatdan qətiyyətli addım gözləyir, özünün qəbul etdiyi sənədlərin yerinə yetirilməsini tələb etməsini gözləyir, lakin hələlik heç bir tərpəniş yoxdur. Bunun müqabilində yuxarıda vurğulanan məqamlar da aydın göstərir ki, Azərbaycan BMT ilə münasibətlərə tam sədaqətlilik göstərib. Bəs nəyə görə qarşılığı yoxdur?

Bu sual arxa planda Prezidentin ilk cümləsində ifadə olunub. Ancaq "Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır... Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”. Deməli, Azərbaycan-BMT münasibətlərinin ümumi ruhuna uyğun olmayan bu vəziyyəti dərhal dəyişmək lazımdır.

İlham Əliyev sessiya iştirakçılarına çox vacib bir məqamı da xatırladıb. Ermənistan tarixi həqiqətləri təhrif edərək uydurma "soyqırımı" iddiaları ilə çıxış edir, bəzi dövlətlər də onu dəstəkləyir. Lakin cəmi bir neçə il bundan əvvəl, dünya ictimaiyyətinin gözləri qarşısında Ermənistan Xocalıda əsrin soyqırımını törətdi. Erməni silahlıları havadarları ilə birlikdə 1992-ci il fevralın 26-da Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi, hərbi cinayət törətdi. Və daha heyrət doğuran məqam ondan ibarətdir ki, "Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.

Bu, bütün dünya üçün üz qarası olan nonsens deyilmi? Necə olur ki, soyqırımı törətmiş bir cani hansısa dövlətə başçılıq edir və üstəlik, o, BMT-nin tribunasından danışır, başqalarını nələrdəsə ittiham edir? İnsanlıq əleyhinə amansız cinayətlərdən birinin – Xocalı şəhərində Azərbaycanın dinc sakinlərinə qarşı qanlı soyqırımı aktının iştirakçılarının və ideoloqlarının indiyə qədər cəzasız qalması və beynəlxalq məhkəmə qarşısında dayanmaması ədalətsizlik və mənəviyyatsızlıq deyilmi? Və BMT hansı səbəblərdən bu səviyyədə ikili standartlara göz yumur? Bu suallar obyektiv olaraq yaranır. Təbii ki, yalnız İlham Əliyev onları demir. Hər bir ədalətli insanda bu suallar öz-özünə yaranır. Şübhə yoxdur ki, BMT-nin sessiyasında iştirak edən çoxlu sayda vicdanlı adamlar da həmin sualları özlərinə veriblər. Cavab isə hələ də yoxdur.

Məsələ Azərbaycan Prezidentinin cəsarətində, ədalətliliyində, milli maraqlara sadiqliyində və demokratikliyindədir. Tam əsaslı və məntiqi fikirlər ifadə edən Azərbaycanın dövlət başçısı bütün dünyaya həqiqətləri açıq söyləyir, eyni zamanda, çıxış yolunu da göstərir.

Bunu dövlət başçısının sessiyadakı çıxışının bir fraqmentindən aydın görə bilərik. Azərbaycan rəhbəri üzünü bütün dünyaya tutaraq bəyan etdi: "İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır”.

Fikirlərinə davam edərək İlham Əliyev vurğulayır ki, BMT bir sıra hallarda qətnamələrinin cəmi bir neçə gün ərzində yerinə yetirilməsinə nail olur. Azərbaycan gəldikdə isə 24 ildir qəbul etdiyi 4 qətnamənin heç birini yerinə yetirmir. Rəsmi Bakı bu vəziyyəti belə qiymətləndirir: "Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.

Mövqe məntiqi, reallığa uyğun və ədalətlidir – BMT elə islahatlar aparmalıdır ki, dünya dövlətlərinin heç birinə qarşı ikili standartlar həyata keçirilməsin! Ən əsası isə – İlham Əliyev qətiyyətlə vurğulayır ki, bu dəyişiklik baş verməyincə dünyada sakitlik təmin edilməyəcək, ziddiyyətlər qalacaq. Məsələn, Ermənistan neçə illərdir ki, Dağlıq Qarabağda "status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır". Özü də bunu ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiyanın bunun qəbuledilməz olduğunu dəfələrlə bildirməsi fonunda edir.

İkili standartlar fonunda: Azərbaycanın BMT ilə münasibətlərdə sədaqətliliyi

Onda təbii bir sual yaranır: “...necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır".

Belə siyasətin nəticəsi isə bütün dünya üçün təhlükəlidir. Belə ki, "təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.

Həqiqətən, dünya birliyinin belə bir xəbərdarlığa ciddi ehtiyacı vardır. BMT ikili standartlara nə qədər çox meyl etsə, Ermənistan kimi ölkələr də böyük təhdid mənbəyi olaraq qalacaqlar. Bunun isə ən azından iki nəticəsi ola bilər. Birincisi, meydana yeni-yeni münaqişələr çıxa bilər. Zatən, bu tendensiya artıq müşahidə olunur. İkincisi, müstəqil dövlətlərin BMT ilə münasibətlərində qarşılıqlı inamsızlıq, etimadsızlıq və normaları gözləməmə kimi neqativ hallar özünü göstərər. Onu deyək ki, bir sıra dövlətlər artıq bu sualları yüksək səslə verirlər. Məsələn, nəyə görə müəyyən qrup ölkələr nüvə silahına, ballistik raketlərə və ən müasir silahlara malik ola bilər, başqaları isə yox? Hansı səbəblərdən bir işğalçı dövlətə qarşı dərhal tədbirlər görülür, başqalarına qarşı isə kifayət qədər loyallıq göstərilir? Hansı səbəbdən müsəlman ölkələrində bəzən iynə ilə problem axtarılır, ancaq bir sıra başqa dövlətlərə tamamilə fərqli yanaşma nümayiş etdirilir?

Bütün bunlara görədir ki, Ermənistanın hərbi-xunta rejimi hələ də uşaq, qadın və qoca qatili olmaqdan çəkinmir. Bilir ki, hər bir halda onun cinayətlərini havadarları ört-basdır edəcək. Daha doğrusu, İrəvan onların əmrlərini yerinə yetirir. Bu, artıq çox aydın özünü göstərir. BMT isə susur və göz yumur. Bu təşkilat heç kimin deyil, bütün dünya xalqlarının maraqlarını ifadə etməlidir. Onu inhisara almaq bütövlükdə millətlərə qarşı ədalətsiz olmaq deməkdir. İlham Əliyevin fikirlərinin işığında bu məqam dolğun şəkildə özünü göstərir.

Elə bu səbəbdən də Azərbaycan rəhbərliyi qətiyyətlə tələb edir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır”. Bu məsələ BMT üçün həm də Azərbaycanda uğurlu müstəqil dövlət quruculuğu fonunda əhəmiyyət kəsb edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Ermənistanın təcavüzünün yaratdığı çətinliklərə və dünya birliyinin bu fakta laqeyd münasibət göstərməsinə baxmayaraq, sürətlə inkişaf edir. Xarici siyasətində isə qarşılıqlı əməkdaşlıq, beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması, sülh və barış üçün konkret proqramların reallaşması istiqamətində fəaliyyətini davam etdirir.

Bütün bunları dövlət başçısı dolğun şəkildə təmkinlə sessiya iştirakçılarının diqqətinə çatdırıb. Hər şeydən əvvəl, İlham Əliyev bəyan edib ki, "Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”. Bu, Azərbaycan rəhbərliyinin ölkənin ərazi bütövlüyünü bərpa etmək prinsipindən bir addım belə geri çəkilmək fikrinin olmadığını göstərir. BMT də bu məqamı mütləq nəzərə almalıdır.

Dövlət başçısı Azərbaycanın müasir, sabit və demokratik ölkə olmasını da xüsusi vurğulayıb. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi ölkə rəhbərliyinin fəaliyyətində çox mühüm yer tutur. "Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir".

O da təsadüfi deyil ki, Azərbaycan dünyanın qəbul edilən multikulturalizm mərkəzlərindən biridir. "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan olunmuşdur".

Bu səbəbdən tamamilə məntiqidir ki, Azərbaycanda dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çoxlu sayda beynəlxalq tədbirlər keçirilir. Onların sırasında "BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri qeyd etmək olar".

Azərbaycan 2008-ci ildə BMT-nin dəstəklədiyi "Bakı prosesi"nə start verib. Bunda əsas məqsəd "müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir".

İlham Əliyev keçən müddət ərzində Azərbaycanın sosial və iqtisadi sahələrdə böyük inkişafa nail olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Son 13 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. İşsizlik cəmi 5%-dir. Yoxsulluq 40%-dən 5-6%-ə düşüb. Xarici dövlət borcu ÜDM-in yalnız 20%-ni təşkil edir. Azərbaycan Dünya Bankının hesabatında "Dünyanın aparıcı islahatçı ölkəsi" kimi qiymətləndirilib. Ölkəmiz Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında" 138 ölkə sırasında 37-ci yeri tutub.

Azərbaycan həm də indi əqli məhsullarını ixrac edir. Bu, müasir dövrün tələblərinə cavab verən sosial-mədəni inkişaf modelinin mövcudluğundan xəbər verir. Bütün dünya üçün əhəmiyyəti olan insan kapitalının inkişaf etdiyini göstərir.

Nəhayət, İlham Əliyev Azərbaycanın qlobal enerji bazarında mühüm rol oynadığını və nəqliyyat layihələrini prioritet hesab etdiyini vurğulayıb. TAP, TANAP, "Cənub Qaz Dəhlizi" və başqa energetik layihələr, "Yeni İpək Yolu" ilə bağlı nəqliyyat imkanlarının artırılması, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin reallaşdırılması bu istiqamətlərdə ayrıca vurğulanmalı faktlardır. Bunlar Azərbaycanı Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevirir.

Nəticə

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında söylədiyi nitqin tarixi əhəmiyyəti var. Ona iki aspektdə yanaşmaq daha doğru olardı. Birincisi, dövlət başçısı Azərbaycan-BMT münasibətlərinə böyük önəm verdiyini açıq ifadə edib. Azərbaycan bütün münaqişəli məsələlərin əsas olaraq BMT çərçivəsində həll edilməsini dəstəkləyir. Bu mövqenin əsası Ulu öndər Heydər Əliyevin keçən əsrin 90-cı illərində xarici siyasətin təməlinə qoyduğu prinsiplərdədir. Azərbaycan keçən müddətdə bu prinsiplərə tam sadiqliyini nümayiş etdirib. Ermənistan tərəfdən daim təcavüzə məruz qalmasına və bu ölkəni havadarlarının tam dəstəkləməsinə baxmayaraq, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi prinsipindən zərrə qədər də dönməyib. Bu, onun göstəricisidir ki, BMT Azərbaycanla münasibətlərə daha diqqətli yanaşmalıdır. Cənubi Qafqazın lider dövləti şəxsi nümunəsi ilə sosial-iqtisadi inkişafda, regional əməkdaşlığın yeni formatlarının yaranmasında, terrorla mübarizədə, sabitliyin təmin olunmasında BMT üçün nə dərəcədə önəmli olduğunu əməldə sübut edir. Yəni BMT bu növ müstəqil dövlətlərin hüquqlarının təmin edilməsində çox maraqlı olmalıdır.

İkincisi, Azərbaycan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilməməsinə rəğmən, bu təşkilatda islahatların aparılması zərurətini daim vurğulayır. Bununla Azərbaycan Respublikası yenə də bütün problemləri BMT çərçivəsində həll etməyə sadiq qaldığını nümayiş etdirir.

Bütün bunlar yekun olaraq Azərbaycan Prezidentinin BMT tribunasından bütün dünya ictimaiyyətinə, o cümlədən BMT TŞ-nin daimi üzvlərinə çağırış etdiyini göstərir. Bu çağırışda ədalətli, vicdanlı, obyektiv və tərəfsiz olmaq əsas məqamları təşkil edir.

Leyla Məmmədəliyeva,

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib