Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin zəkası və özünü rüsvay edən Ermənistan

Prezident İlham Əliyevin zəkası və özünü rüsvay edən Ermənistan

Bakı, 27 may, AZƏRTAC

Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistanın üzv, Özbəkistan, Moldova və Kubanın müşahidəçi olduqları, 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqı adlandırılan təşkilatın Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən geniş tərkibdə iclasında qonaq qismində Prezident İlham Əliyevin iştirakı və çıxışı dövlətimizin çoxtərəfli, tarazlaşdırılmış xarici siyasət xəttinin, milli-dövlət maraqlarımızın mükəmməl təqdim edilməsidir. Prezidentin iclasdakı çıxışı bir sıra vacib məsələlərlə xarakterizə olunur. Çıxışda ölkəmizin geniş əməkdaşlıq imkanları təqdim olundu. Bildirildi ki, Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının üzvləri ilə ikitərəfli formatda əməkdaşlığı uğurludur. Bu ölkələrlə əmtəə dövriyyəsi ötən ildə 31 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Əməkdaşlığı genişləndirmək üçün böyük potensial vardır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-logistika infrastrukturu, Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması daşımaları həyata keçirməyə imkan verir. 8 beynəlxalq hava limanının işləməsi, Laçında isə birinin tikilməsi tranzit ölkə kimi Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır. Ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və beynəlxalq dəmiryolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürən Azərbaycan Avrasiyanın geosiyasi və geoiqtisadi baxımdan vacib ölkəsinə, birləşdirici gücünə çevrilib, dünya siyasətində rolu və nüfuzu artıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı söyləyib. Bildirib ki, Azərbaycanın tam iqtisadi müstəqilliyə nail olması yürüdülən müstəqil xarici siyasətin nəticəsidir. Onun sözlərinə görə, dövlət müstəqilliyinin bərpasından sonra qazanılan ən böyük uğurlardan biri Azərbaycan iqtisadiyyatının özü-özünü təmin etməsidir. Azərbaycan bu gün xarici yardımlara ehtiyacı olmayan ölkədir: “Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ümumdaxili məhsulun (ÜDM) 9 faizindən aşağıdır. Azərbaycanın valyuta ehtiyatları xarici borcdan 10 dəfə çoxdur. Azərbaycanın qarşısında dayanan başlıca vəzifələrindən biri ixracın şaxələndirilməsidir. Bu məsələ uğurla həll olunur. İqtisadiyyatın böyük hissəsi tədricən qeyri-xammal sektorunda formalaşsa da onu artırmaqdan ötrü hələ çox iş görülməlidir.

Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olan, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi həm təşkilatın və həm də dövlətimizin nüfuzunu yüksəldib. Həmin ölkələrin problemlərinin həllinə dünya birliyinin diqqəti artıb.

Məlum olduğu kimi, dövlətin qüdrətini müəyyənləşdirən meyarlardan biri demoqrafik inkişafdır. Əhalinin sayının artmasına ölkənin sosial-iqtisadi inkişafı, vətəndaşların rifah halı təsir göstərir. Azərbaycanda son 30 ildə əhalinin sayının 7 milyondan 10 milyona nəfər artması təbii olaraq yeni iş yerlərinin açılmasına ehtiyac yaradır. Azərbaycan bu problemi Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə fəal qarşılıqlı əməkdaşlıqla ikitərəfli formatda uğurla həll edir. Görünür, yaxın gələcəkdə Azərbaycan dövləti özünün dövlət-milli maraqlarını əsas götürərək bu təşkilatla əməkdaşlığını çoxtərəfli formatda möhkəmləndirəcək və ona üzv olacaqdır.

Prezident İlham Əliyevdən sonra söz alıb danışmaqla Ermənistanın Baş naziri Nikol Paşinyan özünü yenidən rüsvay etdi. Onun Azərbaycan Prezidentinin çıxışında guya son illər Ermənistana qarşı ərazi iddialar irəli sürməsinə əsas verən ifadələrdən istifadə etməsini deməsi gülünc idi. Çünki Prezident İlham Əliyev belə bir ifadə işlətməmişdi. Nikol Paşinyanın “Ermənistan Respublikasının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm” deməsi irəliyə doğru bir addımdır. “Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına hazırıq” fikrini söyləməsi isə Rusiyanın əleyhinə getmək idi. Bilindiyi kimi, üçtərəfli bəyanatda Naxçıvanla əlaqənin qurulması üçün Ermənistan ərazisindən keçən yola nəzarət Rusiya orqanlarına verilir”.

“Prezident İlham Əliyev “dəhliz” ifadəsinin mənasını izah etməklə və digər fikirləri ilə Nikol Paşinyana dərs verdi. Dedi ki, “dəhliz” ifadəsi hansısa ölkənin ərazisinə göz dikmək demək deyildir.

Nikol Paşinyanın “...təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsasda münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirik” deməsi müsbət olsa da, “ümidvaram ki, “Dağlıq Qarabağ” sakinlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tezliklə Bakı və “Stepanakert” arasında normal, konstruktiv dialoq başlayacaq” ifadələrini işlətməsi hiyləgər manevr olub, məsuliyyəti öz üzərindən atmaq, Xankəndini qondarma qurum kimi qəbul etdirmək niyyətləri güdür. “Ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasına” dair söylənənlərin heç bir əsası yoxdur. Çünki Azərbaycan dövləti etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər münasibət bəsləyir, onlarla dialoqa hazırdır və artıq bu istiqamətdə addımlar atılıb. Yetər ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını Ermənistan özünün girovuna çevirməklə bədbəxt etməsin. Onların gələcəyi, xoşbəxt həyatı Bakı ilə bağlıdır. İndiyə qədər olduğu kimi, bundan sonra da Ermənistanın əsassız iddiaları heç bir nəticə verməyəcəkdir. Çünki Ermənistan haqsızdır, ədalətsizdir və gücsüzdür.

Azərbaycan dövlətinin öz ərazilərində suveren hüquqlarını həyata keçirərək Ermənistanla sərhəddə Laçında nəzarət-keçid məntəqəsi yaratmasını Prezident İlham Əliyevin söyləməsi də əhəmiyyətlidir. Qarabağ iqtisadi rayonunda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərin hərəkətinə qətiyyən mane olmur.

Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı və Nikol Paşinyanla müzakirələr Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirdi. Azərbaycana sülh lazımdır. Regionun gələcəyi də sülh, əməkdaşlıq və birgəyaşayışdadır. Ermənistan sülhə hazırdırmı?”, - deyə Musa Qasımlı fikrini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır