Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT KİTABXANASINDA “EKOLOGİYA İLİ” ÇƏRÇİVƏSİNDƏ “AZƏRBAYCAN EKOLOGİYASI” ADLI SƏNƏD-İNFORMASİYA RESURSU HAZIRLANMIŞDIR

Bakı, 21 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. “Ekologiya ili” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir, spesifik sahələr üzrə elektron resurslar yaradılır, əhali arasında maarifləndirmə işləri gücləndirilir.

Bu gün dünyada ən aktual məsələlərdən biri bəşər sivilizasiyasının və onu əhatə edən ətraf mühitin sabitliyinin təhlükə qarşısında qalması, iqtisadiyyatın sürətli inkişafı ilə ətraf mühitin mühafizəsinin uzlaşdırılmaması, mövcud ekosistemlərin dağılması təhlükəsinin artmasıdır. Bunlardan əlavə, atmosferin ozon qatının dağılması, qlobal istiləşmə, səhralaşma prosesinin getdikcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması dünyanı narahat edən ciddi problemlərdir.

Ətraf mühitin mühafizəsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir və bu sahədə ciddi islahatlar həyata keçirilir. Bu gün Azərbaycan ətraf mühitin yaxşılaşdırılmasına dair bütün vacib beynəlxalq konvensiyalara qoşulmuşdur. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmiş və bir sıra proqramlar qəbul olunmuşdur. Qarşıya qoyulan vəzifələrin müvafiq dövlət orqanları tərəfindən icrasına nəzarət edilir.

Ölkəmizdə ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, şəhərlərimizdə atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzər dənizinin, torpaqların çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekoloji biliklərə tələbat və marağı gündən-günə artırır.

Respublikamızda əhalinin ekoloji maarifləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması məqsədi ilə Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan ekologiyası” adlanan və beş fəsildən ibarət olan sənəd-informasiya resursu hazırlamışlar. “Ümumi məlumat” adlanan birinci fəsildə “Ekologiya nədir” sualı cavablandırılır, ölkəmizdə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətləri təhlil edilir, ekoloji-coğrafi rayonlaşdırmanın təsviri verilir. Həmin fəslin “Biomüxtəlifliklər” bölməsində Azərbaycanda biomüxtəlifliyin qorunması vəziyyəti araşdırılır, 13 dövlət təbiət qoruğu ilə yanaşı, palçıq vulkanları qrupu təbiət qoruğu, 8 milli park, 23 dövlət təbiət yasaqlığı haqqında məlumat verilir.

Sənəd-informasiya resursunun ikinci fəsli “Ekoloji problemlər” adlanır. Bu fəsildə Abşeron yarımadasının, Xəzər dənizinin, çayların ekoloji problemləri, habelə atmosferin çirklənməsi, səhralaşma, torpaqların eroziyası, qlobal istiləşmə, ozon qatının qorunması problemlərinə aid bölmələr verilmişdir. Bunlardan əlavə, Ermənistan ərazisindən keçib gələn çayların zərərli tullantılarla çirkləndirilməsi, işğal altında saxlanılan ərazilərdə biomüxtəlifliyin məhv edilməsi, radioaktiv tullantıların həmin ərazilərdə basdırılmasına aid məlumatlar “Ekoloji terror” başlığı altında təqdim olunur.

Resursun “Ekoloji maarifçilik” adlanan üçüncü fəslinin birinci bölməsində özündə bu sahəyə aid 1000-dən artıq termin və anlayışı əks etdirən elektron “Ekoloji lüğət” təqdim edilir. Azərbaycanın 60-a yaxın ekoloq alimi haqqında bioqrafik və biblioqrafik məlumatlar “Ekoloq alimlərimiz” bölməsində toplanmışdır. “Ekoloji təqvim” adlanan bölmədə isə istər beynəlxalq aləmdə, istərsə də ölkə miqyasında ekologiya və ətraf mühitlə bağlı qeyd edilən hadisələrin və əlamətdar günlərin təqvimi təqdim olunur.

Elektron resursun “Qanunvericilik bazası” adlanan dördüncü fəslində Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən indiyədək ekologiya və ətraf mühitə dair qəbil edilmiş rəsmi sənədlər toplanmışdır. Rəsmi sənədlərə iki Milli Proqramın, bir Milli Strategiyanın, 4 Dövlət Proqramının, Azərbaycan Respublikasının 83 qanununun, Azərbaycan Respublikası Prezidentinin imzaladığı 72 Fərman və 67 Sərəncamın, Nazirlər Kabinetinin və digər mərkəzi icra orqanlarının 174 qərarının, habelə ölkəmizin qoşulduğu 20 Beynəlxalq Konvensiya və Protokolun tam mətnləri daxil edilmişdir.

Sənəd-informasiya resursunun sonuncu - 5-ci fəsli “Elektron resurslar” adlanır. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ekoloji siyasəti” adlanan bölmədə dövlət başçısının ekologiyaya aid keçirdiyi müşavirələrin materiallarının tam mətnləri, iştirak etdiyi tədbirlərdəki çıxışları, müsahibələri, ekologiyaya dair söylədiyi fikirlər toplanmışdır. Fəslin “E-kitablar” bölməsində Kitabxananın fondunda olan ekologiyaya aid 12 seçmə kitabın elektron versiyası istifadəçilərə təqdim edilir.

Kitabxananın əməkdaşları tərəfindən ekologiyaya aid dövri mətbuatda Azərbaycan, rus və ingilis dillərində dərc edilən 150-dən artıq aktual elmi-publisistik məqalənin elektron mətni “Məqalələr” bölməsində toplanmışdır. “Biblioqrafiya” bölməsində ekologiyaya aid Azərbaycan, rus və ingilis dillərində 220 kitabın, həmçinin 2004-cü ildən Kitabxanaya daxil olan dövri mətbuatdan seçmə 500-ə yaxın məqalənin biblioqrafik təsvirləri verilmişdir.

“Saytlar” bölməsində dövlətin ekoloji siyasətini həyata keçirən rəsmi qurumların, habelə ekoloji maarifləndirmə funksiyasını yerinə yetirən qeyri-hökumət təşkilatlarının saytlarının ünvanları yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının www.preslib.az saytında yerləşdirilən “Azərbaycan ekologiyası” sənəd-informasiya resursu üç versiyada - Azərbaycan, ingilis və rus dillərində hazırlanmışdır və vaxtaşırı yenilənir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir