Prezident Raymonds Veyonis: Latviya Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəkləyir
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Latviya Prezidenti Raymonds Veyonis ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Latviya arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edildi və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün siyasi iradənin mövcud olduğu vurğulandı. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Prezident Raymonds Veyonis iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxundu.
Nazir Elmar Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə aparılan danışıqlar barədə məlumat verdi. Latviya Prezidenti Raymonds Veyonis ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini vurğuladı.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Latviya Prezidentinə minnətdarlıq ifadə etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:36]
Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub
- 03.06.2026 [17:55]
Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib
- 03.06.2026 [10:52]
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiqdir
- 02.06.2026 [18:12]
Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar
- 02.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb
- 02.06.2026 [12:45]
Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib
- 02.06.2026 [12:37]
Azərbaycan nümayəndə heyəti Minskdə Qələbə abidəsini ziyarət edib
- 01.06.2026 [17:43]
Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:45]