Prezidentin köməkçisi: Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır
Bakı, 10 noyabr, AZƏRTAC
Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır, bir mülki şəxs yaralanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.
Prezidentin köməkçisi bildirib: “Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır. Bir mülki şəxs yaralanıb. Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhaliyə qarşı terror siyasətini davam etdirir. Tərtər Ermənistanın hədəf aldığı bütün hücumlara qətiyyətlə və qürurla müqavimət göstərir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]