PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayın 29-da Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnun olduqlarını bildirmiş, bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əmin olduqlarını söyləmişlər.
Prezidentlər Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətləri, regional məsələlər, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.