PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng etmişdir.
Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə etmişlər. Hər iki prezident bu yaxınlarda Azərbaycan-Türkmənistan hökumətlərarası birgə iqtisadi komissiyasının yaradılması barədə razılığın əldə olunmasının əhəmiyyətini vurğulamış və bu komissiyanın fəaliyyətinin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əmin olduqlarını bildirmişlər.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.