PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 30-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək, Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisədən hədsiz kədərləndiyini bildirmiş, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev başsağlığına və diqqətə görə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə minnətdarlığını bildirmişdir.