Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin müsahibəsi ötən ilin parlaq yekunu, yeni ilin dəqiq yol xəritəsi oldu

Prezidentin müsahibəsi ötən ilin parlaq yekunu, yeni ilin dəqiq yol xəritəsi oldu

Bakı, 14 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev yanvarın 10-da yeni ilin ilk müsahibəsini yerli televiziya kanallarına verdi. Dövlətimizin başçısı bu müsahibəsində çox önəmli mesajlarla gündəm oldu. Bu da təsadüfi deyil. Əlbəttə, jurnalistlərin verdiyi sualların əksəriyyəti ictimai fikrimizin ən aparıcı mövzularını təşkil edirdi və keçmiş işğalçı Ermənistana, onun havadarlarına yönəlik idi. Nə üçün? Çünki 44 günlük müharibədən keçən 26 aya yaxın müddət göstərməkdədir ki, haqq etdiyi ağır məğlubiyyətə uğrayan Ermənistanda hələ də revanşist qüvvələr var və onlar həm rəsmi qurumlarda, həm də müxalifətdə təmsil olunurlar. Prezident İlham Əliyevin cavablarında da vurğulandığı kimi, bizi 2021-2022-ci illər içində daha bir neçə dəfə “dəmir yumruq” tətbiqinə məcbur edən Ermənistan revanşizmdən birmənalı şəkildə imtina etməlidir. Müharibə bitsə də, mübarizə hələ davam edir. Bu mübarizə az qala bütün əməli fəaliyyət sahələrini əhatələyib - siyasi-diplomatik, hərbi, iqtisadi, sosial, mədəni, mənəvi, psixoloji və sair.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Qırx dörd günlük müharibədəki şanlı Qələbədən sonra ölkəmizin nüfuzunun dünyanın dörd tərəfində yüksəldiyini və bu yüksəlişin davam etməkdə olduğunu diqqətə çatdıran Qənirə Paşayeva deyib: “Beynəlxalq platformalar, dünya siyasi elitası Azərbaycanın tarixi Zəfərini - 30 illik işğala ay yarımdan da az müddətdə son verməyimizi getdikcə daha dərindən anlayır və idrak edir, ona görə də yüksək dəyərləndirilir. Çünki qarşımızdakı yalnız “qalib ədalı cırtdan” Ermənistan deyildi. Biz faktiki olaraq dünya erməniliyinin sarıb-sarmaladığı (yaxud onları sarıb-sarmalayan) güclü himayədarları ilə mübarizədəydik. Biz açıq-gizli güclərin ikili standartlarına qarşı mübarizə aparırdıq. Biz faşizmin, terrorizmin XXI əsrdəki ən peşəkar təmsilçisi - bədnam vandalizm təcrübəsi ilə mübarizədəydik. Bizim qarşımızdakı Şər idi və Tanrı Xeyirin Zəfərini Azərbaycanın əli ilə - “Dəmir yumruq”la yerinə yetirdi. Baxmayaraq ki, o Şəri BMT Təhlükəsizlik Şurasının (TŞ) ən azı iki daimi üzvü müxtəlif forma və məzmunda davamlı müdafiə edir, qoruyur, zəruri sandıqları silahlarla ən dolama yollarla olsa belə təmin edirdi. Ona görə də İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib”.

Deputatın sözlərinə görə, ərazilərimizin minalardan sürət və keyfiyyətlə təmizlənməsi, abadlıq işləri, Böyük Qayıdışın ilk addımlarının atılması qürurla qeyd edəcəyimiz hadisələrdir. Qənirə Paşayeva əlavə edib: “Bu işlərin parlaq şəkildə görülməsi üçün güclü iqtisadiyyat lazım idi. “İqtisadiyyatı güclü dövlət hər şeyə qadirdir” - Ümummilli Lider Heydər Əliyevin məşhur sözlərini minnətdarlıqla xatırlayırıq. Yenə Ümummilli Liderin sözləridir: “Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. - Bu, çox sevdiyim kəlamı tez-tez işlədirəm və indi xatırlamağım da təsadüfi deyil. İqtisadiyyatımız güclü olmasa işğaldan azad etdiyimiz ərazilərimizdəki irimiqyaslı yol çəkilişlərini icra edə bilməzdik, yollar olmasa iqtisadiyyatımız inkişaf etməz. Bu iki amil bir-birini tamamlamaqdadır. İndi Qarabağda, Şərqi Zəngəzurda çəkilən yollar, o cümlədən dəmir yolları, sıfırdan qurulmuş hava limanları, qazılan uzun tunellər, tikilən körpülər iqtisadiyyatımızın mövcud gücünü və perspektivini göstərməkdədir”.

Dövlətimizin başçısının müsahibəsində yollar, nəqliyyat, kommunikasiya planında verilən mesajları diqqətə çatdıran komitə sədri deyib: “Orta Dəhliz Ermənistanı qıraqda - ənənəvi dalan mövqeyində kənarda saxlayan bir layihədir. Orta Dəhliz istiqamətində ardıcıl siyasət aparılır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Nəzərə alsaq ki, gələn ay bir ili tamam olacaq Rusiya-Ukrayna müharibəsinin irimiqyaslı fəsadları beynəlxalq nəqliyyat əlaqələri sahəsində də problemlər və zəruri yerdəyişmə arayışları yaradıb, ona görə Orta Asiyadan Avropaya daşınan yüklər üçün yeni yol layihələrinin önəmi fövqəladə dərəcədə artırıb. “Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir”. Ölkəmizin vacib Bakı-Yalama xətti, ardınca Ələt-Astara xətti də çağdaş standartlar səviyyəsinə gətiriləcəkdir. Təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Nəhayət ən ümdəsi, ölkəmiz Zəngəzur dəhlizi terminini artıq geosiyasi leksikona daxil edə bilib. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Bu layihənin reallaşması, eyni zamanda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”.

Komitə sədrinin sözlərinə görə, Zəngəzur dəhlizindən danışılırsa, o bir termin olaraq artıq geosiyasi leksikona daxil edilib. O zaman Qərbi Azərbaycan mövzusunu beynəlxalq arenaya çıxardığımızı da bu yerdə vurğulamalıyıq: “Bu yöndə işlər konseptual əsasda aparılmalıdır, aparılır və aparılacaq. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı Qərbi Azərbaycan mövzusunda da görməliyik. Dövlətimiz bütün proqramları lazımi qaydada icra edir və Prezidentin “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” sözləri dəfələrlə sübut olunub”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir