Prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb
Bakı, 28 yanvar, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.
AZƏRTAC "Secki-2024.az" saytına istinadla xəbər verir ki, maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün, ən geci isə 10 gün qalmış təqdim olunur. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.
İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]