Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Mahirə Hüseynova: Dərələyəz mahalında mövcud olmuş kəndlər əbədiyyət tariximizdir

Professor Mahirə Hüseynova: Dərələyəz mahalında mövcud olmuş kəndlər əbədiyyət tariximizdir

Bakı, 26 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC

Dərələyəz mahalında mövcud olmuş kəndlər – coğrafi adlarımız əbədiyyət tariximizdir. Dərələyəz toponimlərinin tarixi hüdudları türk xalqlarında çox genişdir və bunlara yalnız erməni dilində təsadüf edilmir. Toponimlərin tədqiqi üçün tǝxmini söyləmələr, yalnız üzdə olan elementlərin gücünə arxalanıb fərziyyələr şəklində fikirlər söyləmək türk-Azərbaycan toponimiyasına ciddi ziyan vurub və bundan sui-istifadə edən nankor və hiyləgər ermənilər çox şeyləri özününküləşdirməyə cəhd ediblər. Lakin indiki Ermənistanda türk-Azərbaycan toponimləri xalqımızın keçmişinin, kökünün, yaşayış tərzinin ən qədim cəhətlərini və onun mənəvi, mədəni dünyasını çox dəyərli bir şəkildə işıqlandırmağa minilliklər boyu xidmət göstərib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın “XX əsrdə Dərələyəzdə Urbisid və etnosid aktları” kitabında əksini tapıb.

Kitabda Qərbi Azərbaycanın (indiki Ermənistan) ərazisində mövcud olmuş yaşayış məntəqələrinin adlarının elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, leksik-semantik xüsusiyyətləri araşdırılıb və ikiəsrlik zaman kəsiyində erməni faşistləri tərəfindən Dərələyəz mahalında xarabalığa çevrilmiş kənd adlarının tarixi - etimoloji təhlili əksini tapıb.

“Ön söz”də müəllif qeyd edir ki, Dərələyəz ərazisində Azərbaycan türk mənşəli toponimlər tarixin ən qədim çağlarında meydana gəlib və hər bir coğrafi adın ayrı-ayrılıqda linqvistik təhlili, onların qonşu və qohum xalqların dillərinə aid faktorlarla qarşılaşdırılması, araşdırılması Azərbaycan və türk etnik tarixi və coğrafiyasını, həmçinin tarixi, genetik, etnik əlaqələrin qaranlıq məsələlərinin işıqlandırılması işinə yaxından kömək göstərə bilər ki, tədqiqatda da məsələyə bu aspektdən yanaşılıb: “Qərbi Azərbaycan toponimlərini tədqiq edərkən tarixi-müqayisəli və qarşılaşdırma metodlarından yararlanmaqla əsrlər, minilliklər ərzində fonetik və morfoloji dəyişikliyə uğrayan coğrafi adların tarixi-linqvistik təhlil yolu ilə bərpasına nail olmağa çalışmışıq. Toponimlərin antik dövrlərinin tədqiqi zamanı qarşımıza qoyduğumuz məqsəd təkcə müqayisəli-tarixi metoddan yararlanmaq deyil, həm də əsas problem kimi dilin müxtəlif səviyyələrində restavrasiya olunmuş formaları və bu formalar arasındakı qarşılıqlı əlaqələri düzgün müəyyənləşdirməkdən ibarətdir ki, təhlil prosesində bu cəhətlərə də xüsusi önəm verilib”.

Professor Mahirə Hüseynova vurğulayıb ki, Azərbaycanın qədim diyarı olan Qarabağı 30 il işğal altında saxlamış erməni vandalları bu yurd yerlərində bütün yaşayış məntəqələrini alt-üst edərək xarabalığa çevirib, meşələrimizi amansızcasına qırıb, bir sözlə, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib: “Bu vandalizm aktlarını Qarabağdan əvvəl Qərbi Azərbaycanda, o cümlədən Dərələyəz mahalında həyata keçirmiş erməni daşnak faşizmi tarixən mövcud olmuş faşizmlərin ən dəhşətli forması kimi təzahür etmişdir.

Azərbaycan, o sıradan onun qərb, şərq, cənub, şimal bölgələri çox qədim zamanlardan rəngarəng mədəniyyətlərin qarşılaşdığı böyük bir ərazini əhatə edən məkan olmuşdur. Bu ərazilər tarixən, daha dəqiqi şumer, hun, böyük türk mədəniyyətlərinin birləşdiyi yerlərdir. Şumer mədəniyyətinin qurucuları qədim türklərdir. Hun imperatorluğunun ilk yaradıcıları da türklər olmuşdur. Azərbaycan miladdan öncədən müxtəlif türkdilli etnosların məskunlaşdığı, qaynayıb-qarışdığı və oturaq həyat sürdüyü bir ölkə olmuşdur. Müxtəlif tarixi mənbələrdə türklərin Azərbaycana və onun qərb hissəsinə ilk dəfə miladdan öncə VII əsrdə sakların səfəri zamanı gəlib yerləşdikləri irəli sürülməklə bugünkü Ermənistanın başdan-başa Azərbaycan türk torpaqları olduğu təkzibedilməz faktlarla sübuta yetirilmişdir. Tarixi qaynaqlar birmənalı şəkildə onu da sübut etmişdir ki, Qərbi Azərbaycan asların, suvarların, bulqarların, peçeneqlərin, utilərin, xəzərlərin, kəngərlərin, qarqarların və başqalarının yaşadıqları, təşəkkül tapıb formalaşdığı qədim bir yurd yeri olmuşdur. Bu etnos adlarının, demək olar ki, hamısı türk-Azərbaycan dilinin qrammatik quruluşu əsasında təşəkkül tapmışdır”.

Müəllif Qərbi Azərbaycan ərazisində mövcud olan toponimlərin türk-Azərbaycan etnoyaddaşının ən möhtəşəm abidəsi fonunda arxaik etnolingvistik mənzərəsinin hələ də kifayət qədər öyrənilmədiyini nəzərə alıb: “Bu ərazidə mövcud olmuş, qısa zaman kəsiyində erməni soyqırımına məruz qalmış Azərbaycan-türk coğrafi adlarının substrat nişanələrinin aşkar edilməsinə ciddi ehtiyac olduğunu nəzərə alıb onların hamısının Azərbaycan türklərinə məxsusluğunu müəyyənləşdirməyə nail oldum. Onu da qeyd edə bilərik ki, gün gələcək azərbaycanlıların lap qədim dövrlərdən bu yerlərin aparıcı etnosu olduğunu təsdiq edən toponimlər, hidronimlər, oronimlər, etnonilər və xalqımızın tarixinin müxtəlif dövrlərini özündə əks etdirən abidələrin adları yenidən bərpa edilib öz tarixi haqqına qovuşacaqdır. O gün uzaqda deyil”.

Qeyd edək ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor İbrahim Bayramov, rəyçilər filologiya elmləri doktoru, dosent Könül Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənovadır. Müəllif kitabı filologiya elmləri doktoru, professor, ictimai-siyasi xadim Həsən Mirzəyevə və anası Nazlının əziz xatirəsinə ithaf edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb