Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Qarabağ və Şərqi Zəngəzurun dərman bitkiləri əsasında beynəlxalq səviyyəli tədqiqatlar aparırıq

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) beynəlxalq səviyyədə müştərək formada yerinə yetirilən fundamental elmi tədqiqatların bir istiqaməti bitki ekstraktları əsasında canlı orqanizmlərin bəzi patoloji proseslərinə qarşı antioksidant və enzim-izoenzim inhibitorların yaradılmasını əhatə edir.

Bu barədə AZƏRTAC-a məlumat verən institutun icraçı direktoru professor Əfsun Sucayevin sözlərinə görə, təmsil etdiyi elmi müəssisədə bitki ekstraktlarından alınan potensial dərman maddələrinin fizioloji fəallıqlarının tədqiqi sahəsində əvvəllər də müəyyən elmi araşdırmalar aparılıb: “AKİ alimləri hələ illər öncə bu elmi-tədqiqat müəssisəsinin əsas profilinə uyğun apardıqları tədqiqatlar nəticəsində həm də müəyyən ediblər ki, sintez etdikləri və bitki ekstraktından alınan bəzi birləşmələr biosid kimi sürtkü materiallarını mikroblar tərəfindən zədələmədən qorumaqla yanaşı, canlı orqanizmlərdə fizioloji fəallıq göstərir. Hətta onlardan bir neçəsi sənaye və tibdə uğurla tətbiq də olunub. Məsələn, institut alimlərinin əldə etdikləri potensial dərman təsirli maddələr görmə orqanının selikli qişasına terminal anesteziya təsiri göstərir. Araşdırmalar M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aparılıb. Öz aktivliyinə görə, bu maddələr geniş istifadə olunan “Ksikain” (Lidokain) dərman preparatına nisbətən dəfələrlə üstündür. Həmin birləşmələrin bioloji sınaq metodu ilə analizi M.F.Vladimirski adına Moskva Vilayət Elmi-Tədqiqat Klinik İnstitutunun Biokimyəvi farmakologiya laboratoriyasında aparılıb və tibbi xassələr göstərdiyi təsdiqlənib”.

Ə.Sucayev qeyd edib ki, eyni zamanda, sürtkü yağlarının və yanacaqların oksidləşməsi və bu prosesin qarşısını alan antioksidantların təsir mexanizminin araşdırılması ilə bağlı aparılan tədqiqatlar nəticəsində oksidləşmənin radikal-zəncirvari bir proses olduğu, antioksidantların təsirinin də məhz radikal mexanizmlə baş verdiyi müəyyən edilib: “Dünya alimləri də müəyyənləşdiriblər ki, canlı orqanizmlərdə bədxassəli şişlərin əmələ gəlməsi də ilkin mərhələdə radikal mexanizmlər üzrə gedir. Ona görə bir çox hallarda sürtkü materiallarının oksidləşməsinin qarşısını alan antioksidantlar həmin patoloji şişlərin qarşısını alan fizioloji aktivlik də nümayiş etdirir. Bu nöqteyi-nəzərdən bitki ekstraktından alınması mümkün olan antioksidantların fizioloji fəal maddə kimi də tədqiqi bizim üçün həmişə aktuallıq kəsb edir. Bütün bu uğurlu təcrübələri əsas tutaraq fizioloji fəal maddələrin yaradılması istiqamətində tədqiqatları genişləndirməyi məqsədəuyğun hesab etmişik”.

İcraçı direktorun fikrincə, bu sahədə təkcə bir institutda, universitetdə yerinə yetirilən elmi tədqiqatlarla mühüm nailiyyətlər əldə etmək mümkün deyildi: “Yəni etiraf edək ki, ölkəmizin istər elmi müəssisələrinin, istərsə də universitetlərinin mövcud laboratoriya şəraiti yüksək beynəlxalq səviyyəli tədqiqatları təkbaşına yerinə yetirməklə əldə olunan mühüm elmi nəticələri dünyanın nüfuzlu jurnallarında dərc etdirməyə imkan vermir. Kimya və tibb sahəsində hər hansı dərman maddəsini yaradıb, onu laboratoriyadan tibb sənayesinə - əczaxanaya çıxarmaq qeyri-mümkündür. Bu problemləri isə təbii ki, müştərək beynəlxalq tədqiqatlarla həll etmək olur. Ona görə çıxış yolu kimi 2015-ci ildən dünyanın aparıcı elm mərkəzləri - Türkiyənin Orta Doğu Texnik, Hacettepe, İstanbul Texnik, Atatürk, Bartin, Ege, Mərmərə, Sinop universitetləri, ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi, İtaliya Milli Tədqiqat Şurasının Biomolekulyar və Biostruktur İnstitutu, Florensiya Universiteti, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Favorski adına İrkutsk Kimya İnstitutu və Belarus Elmlər Akademiyası Bioaktiv Maddələrin Biokimyası İnstitutunun tanınmış alimləri ilə birgə 4-5 beynəlxalq tədqiqat qrupu yaradaraq həyata keçirdiyimiz müştərək multidisiplinar tədqiqatlar nəticəsində təxminən 350-yə yaxın üzvi maddənin, o cümlədən bitki ekstraktından əldə etdiyimiz birləşmələrin canlı orqanizmdə qlobal xəstəliklərə gətirib çıxaran bəzi patoloji proseslərə qarşı antioksidant, enzim-izoenzim inhibitor təsirləri müfəssəl öyrənilib.

Təkcə Türkiyənin Atatürk və Bartin universitetləri ilə son 5-6 ildə aparılan ortaq elmi araşdırmaların nəticələrinə görə, alınan birləşmələrin ayrı-ayrı seçilmiş nümayəndələri bədxassəli şiş, Altsheymer (yaddaşitmə, ağıl zəifliyi), qlaukoma, şəkərli diabet, yüksək hipertoniya və sair xəstəliklərə, ayrı-ayrı patoloji proseslərə yüksək inhibitor təsiri göstərir. Onlar bir çox hallarda həmin xəstəliklərin müalicəsində istifadə edilən takrin, α-tokoferol və troloksla müqayisədə 2-4, bəzi nümunələr isə hətta 10 dəfə yüksək təsirə malikdirlər”.

Ə.Sucayev onu da bildirib ki, dərman təsirli bir maddənin alınması hələ onun dərman kimi o dəqiqə istifadə edilə biləcəyi anlamına gəlmir: “Nəzərə almalıyıq ki, bir dərman maddəsinin bir orqan, toxuma, hüceyrədə yaranan patoloji halı aradan qaldırırsa, digər orqan, toxuma və hüceyrələrə neqativ təsiri ola bilər. Bunu yalnız klinik sınaqlar vasitəsilə müəyyənləşdirmək mümkündür. Təəssüf ki, indiki halda bu analizləri respublikamızda tam yerinə yetirmək olmur. Baxmayaraq ki, Azərbaycan Tibb Universitetində dərman maddələrin antimikrob və antibakterial təsirlərini öyrənirlər, ancaq o tədqiqatların nəticələri qəti fikir söyləmək üçün yetərli olmur. Yaradılan dərman maddələri ilə bağlı klinik analizlərin aparılması böyük xərclər tələb edir. Təxmini hesablamalara görə, bir dərman maddəsini sintez edib onun bütün sınaqlarını keçirmək ən azı 7-10 il vaxt tələb olunur və yüz minlərlə dollar vəsaitə başa gəlir”.

İcraçı direktor vurğulayıb ki, bu istiqamətdə ilk mərhələ üçün əldə etdikləri əsas elmi nailiyyət yüksək fizioloji təsirə malik olan yeni bioloji fəal maddələrini almaq, onun nəzəri əsaslarını yaratmaqdır ki, bu müştərək beynəlxalq tədqiqatlarla mümkün olub: “Heç bir xərc tələb olunmadan həmin maddələrin klinik sınaqları da yenə xarici həmkarlarla yerinə yetirilməkdədir. Artıq Belarus Milli Elmlər Akademiyasının Bioaktiv Maddələrin Biokimyası İnstitutu ilə bu istiqamətdə müştərək tədqiqatlar aparılmaqdadır. Başqa sözlə, tərəfimizdən alınan yeni birləşmələrin partnyor olan institutun Molekulyar genetika laboratoriyasında heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilib, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılıb, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunub”.

Ə.Sucayev vurğulayıb ki, bitki ekstraktından alınan maddələr təbii olduğu üçün üstünlükləri də çoxdur: “Bu maddələr ekstraksiya üsulu ilə əldə edildiyi üçün sintetik analoqlarından fərqli olaraq alınması asan başa gəlir və kənar təsirləri də az ola bilər. Bizim tərəfdaşlıq etdiyimiz türk alimlərinin bu sahədə böyük miqyaslı müfəssəl araşdırmaları vardır. Onların nəticələrinə dünya alimləri istinad edirlər. Ona görə bu istiqamətdə türk həmkarlarımızla birgə çalışmaq daha rahat və asandır”.

İnstitut rəhbəri qeyd edib ki, bu gün Azərbaycan florasında 1500-ə qədər dərman bitkisi yayılıb: “Onun böyük bir hissəsi Qarabağ və Şərqi Zəngəzur bitki örtüyündə rast gəlinir. O bölgənin bütün dərman bitkiləri əsasında beynəlxalq səviyyəli tədqiqatlar aparırıq. Artıq bu məsələni tədqiqat planına daxil etmişik, nəzəri araşdırmalarımızı yekunlaşdırmışıq. Birgə əməkdaşlıq şəraitində artıq orda toplanacaq dərman bitkilərin ekstraktları əsasında aparılan tədqiqatların nəticələrini dünyanın nüfuzlu jurnallarında məqalə şəklində görə biləcəyik”.

O deyib ki, yaxın dövrdə bu sahədə yeni yaradılan Qarabağ Universiteti ilə də əməkdaşlıq nəzərdən keçirilir. Hətta universitetdə beynəlxalq laboratoriya yaradıb orada dərman bitkilərinin ekstraktları əsasında müştərək beynəlxalq tədqiqatların aparılması mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO