PROKURORLUQ AZƏRBAYCANLI ƏSGƏRLƏRİN XİDMƏT ETDİYİ HƏRBİ HİSSƏNİN ZABİT VƏ ÇAVUŞUNU DİNDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Xalq Müdafiəçisi Aparatının xahişi ilə Baş Prokurorluq bir neçə gün öncə Dedoplissxaro rayonu ərazisində yerləşən hərbi hissədəki vəziyyətin dözülməzliyinə və milli əlamətə görə təhqir olunduqları üçün 12 nəfər azərbaycanlı əsgərin hərbi hissəni özbaşına tərk etməsi ilə əlaqədar həmin hissənin zabit və çavuşunu dindirmişdir.
Xalq müdafiəçisi Sozar Subari bildirmişdir ki, hərbi hissənin zabiti və çavuşunun təqsiri təsdiq edilərsə, Gürcüstan Müdafiə Nazirliyi qarşısında onların məsuliyyətə cəlb olunması barədə məsələ qaldıracaqdır.