Prokurorluq: Bakıda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs intihar edib
Bakı, 30 oktyabr, AZƏRTAC
“Paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə məlumat daxil olub”.
AZƏRTAC xəbər verir ki, bu barədə Nizami Rayon Prokurorluğu məlumat yayıb. Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]