PROYEKT HARMONİYA TƏŞKİLATI YEVLAX VƏ GÖYÇAY MƏKTƏBLƏRİNDƏ İNTERNET KOMPÜTER MƏRKƏZLƏRİ AÇACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılış mərasimlərində ABŞ-ın ölkəmizdəki səfirliyinin, Təhsil Nazirliyinin, Yevlax və Göyçay şəhərləri icra hakimiyyətlərinin və ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. Tədbirlərdə müəllimlər kompüter proqramlarının və İnternet resurslarının təhsildə istifadə üsullarını nümayiş etdirəcəklər. Bu məktəblərin dördü də Azərbaycan Məktəb Əlaqələndirmə Proqramında (AMƏP) iştirak edir. Proqram Proyekt Harmoniya təşkilatı tərəfindən idarə olunur və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən Azadlığa Dəstək Aktı çərçivəsində maliyyələşdirilir. Proqram 2001-ci ilin avqust ayında yaradılmışdır. Vətəndaş təhsilini təbliğ edir və İnternet texnologiyalarının köməyi ilə Azərbaycan orta məktəblərində informasiya mənbələrinə açıq giriş və pulsuz istifadə imkanları yaradır.
Bu il AMƏP respublikamızın daha 25 məktəbində İnternet kompüter mərkəzi açmağı nəzərdə tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]