Azərbaycan Dövlət İnformasiya Agentliyi

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? -  RƏYLƏR

Bakı, 9 dekabr, AZƏRTAC

Müasir dövrdə həyat və fəaliyyətimizin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Hər zaman bütün sahələrdə peşəkar mütəxəssislərə ehtiyac duyulur. Ekspertlər bildirir ki, bu gün özünü peşəkar psixoloq kimi təqdim edən, psixoloqun etik kodeksindən xəbəri olmayan, ali təhsil almayan psixoloqlar da çoxdur. Bəs ali təhsil almadan psixoloq işləmək doğrudurmu? Peşəkar psixoloq necə olmalıdır? Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? Mütəxəssislər bu və ya digər suallara aydınlıq gətiriblər.

Psixoloq işləmək üçün ali təhsilin olması vacibdir

Psixoloq ilk növbədə ali təhsilli, fundamental biliklərə malik olmalıdır. Bunun üçün o, mütləq psixologiya üzrə baza təhsili almalıdır. Peşəkar psixoloq həm nəzəri, həm praktik biliklərə malik olmalıdır. Belə mütəxəssislər psixoloji problemi olan insanlara fərdi yanaşaraq hərtərəfli yardım göstərə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının professoru, psixologiya elmləri doktoru Elnarə Şəfiyeva söyləyib. O bildirib ki, ümumiyyətlə, psixologiya üzrə təhsili olmayan şəxslərin psixoloq kimi fəaliyyət göstərməsi yolverilməzdir: “Mütəxəssis elmi-nəzəri, praktik-psixoloji biliklərlə sahib olmaqla yanaşı, istənilən psixoterapiya, psixokorreksiya, bərpaedici təlim zamanı müştəri ilə psixoloqun düzgün fəaliyyətini şərtləndirən etik kodeksə uyğun davranmalıdır”.

Ali təhsilin vacibliyini qeyd edən professor deyib ki, BDU-da psixologiya ixtisası üzrə bakalavr təhsili alan tələbələr elmi dərindən öyrənərək, onun həm nəzəri problemləri, həm də tətbiqi sahələrilə tanış olur: “Burada onlara ümumi psixologiya, etnik, sosial, siyasi, klinik psixologiya, hüquq, yaş və inkişaf psixologiyası, psixodiaqnostika, psixokorreksiya və s. kimi fənlər tədris olunur. Təcrübə dövrü isə tələbələr nəzəri biliklərini praktikada tətbiq edirlər. Əlbəttə, müasir cəmiyyətin tələbləri, insanlarda daha çox rast gəlinən psixoloji problem və xəstəliklər daima yeni yanaşmaları, yeni yardım və bərpa üsullarını tələb edir. Ona görə də tədris, təlim və praktik-psixoloji işdə boşluqlar, həllini gözləyən məsələlər də mövcuddur. Tələbələr dörd ildə psixoloji biliklər sistemini mənimsəyərək baza təhsilinə yiyələnmiş olurlar”.

Peşəkar psixoloq: ali təhsil, elmi dərəcə, təcrübə, ixtisasartırma kursu

Onun sözlərinə görə, peşəkar psixoloq olmaq üçün ali təhsillə yanaşı müntəzəm olaraq ixtisasartırma kursu, təcrübə keçmək, bu sahədə olan yeni tədqiqatlarla, terapiya və korreksiya metodları ilə tanış olmaq, treninq və elmi seminarlarda iştirak etmək vacibdir. Bu cür treninq və seminarlar ancaq psixoloq ixtisası olan və psixoloji biliklər sisteminə malik olan şəxslər üçün faydalı ola bilər: “Sirr deyil ki, hazırda bəziləri müəyyən kurs, təlim keçib, sertifikatlar alaraq özlərini “psixoloq” adlandırırlar və biznes quraraq, pul qazanmaq məqsədilə psixoloji mərkəzlər açaraq qeyri-peşəkar tərzdə, etik qaydalara riayət etmədən, vicdan əzabı çəkmədən insanlara yardım yox, ziyan verirlər. Bir neçə aylıq kurs və təlimlər keçməklə peşəkar psixoloq kimi insanların psixoloji durumunu köklü yaxşılaşdırmaq, müəyyən psixi proses, şəxsiyyət, sosial-psixoloji və s. problemlərini aradan qaldırmaq mümkün deyil. Ona görə də həmin “psixoloqlar”ın göstərdikləri yardımlar da birtərəflidir, uzunmüddətli deyil. Yəni, bu şəxslərin “terapiyası” sağalma prosesinə deyil, müvəqqəti yaxşılaşma kimi özünü göstərir. Belə “mütəxəssislər” problemin əsl kökünü, səbəbini araşdıra bilmir və diaqnostika əsasında terapiyanı təmin edib düzgün proqnoz verə bilmirlər”.

Anatomiyanı bilməyən şəxs klinik psixoloq işləyə bilməz

Professor son dövrlər bir çox şəxslərin klinik psixoloq kimi fəaliyyət göstərmək istədiyini bildirib. O, hətta psixologiya fakültəsində oxuyan, bakalavr təhsili alan tələbələrin də daha sonra klinik psixologiya üzrə təhsillərini davam etdirmək istədiklərinin vurğulayıb: “Bunun səbəbini onlar bu sahədə maddi imkanların çox olması ilə əlaqələndirirlər. Hətta digər peşə sahibləri də psixologiya üzrə magistratura təhsili alıb klinik psixoloq kimi fəaliyyət göstərmək, müəyyən mərkəzlər açmaq istəyir. Ancaq ixtisasçı olmayan, klinik psixologiya üzrə ixtisaslaşma keçməyənlər klinik psixoloq kimi fəaliyyət göstərə bilməz”.

O qeyd edib ki, hazırda əksər həm təhsilli psixoloqlar, həm də təhsilsiz “psixoloqlar”ın çoxu özünü klinik psixoloq kimi təqdim etməyə çalışırlar:

“KİV və sosial şəbəkələrdə klinik psixoloq kimi özünü reklam edərək pasiyent və müştəri yığanlar artmaqdadır. Ona görə də özlərini psixoloq, klinik psixoloq kimi təqdim edənləri efirlərə dəvət edəndə və ictimailəşdirəndə də mütləq onların ali psixoloji təhsilli olması, sənədləri və ixtisaslaşması dəqiq yoxlanılmalıdır. Bunun üçün BDU-nun nəzdində xüsusi komissiyanın yaradılmasını və həmin insanların komissiyadan keçməsini təklif edirəm. Bu halda biz cəmiyyətimizə yaxşı, peşəkar kadrları təqdim edə bilərik. Əgər psixologiya mərkəzlərində əsl mütəxəssis görmək istəyiriksə mütləq onlar komissiyadan keçdikdən sonra lisenziya almalıdırlar. Bununla da insanlara, cəmiyyətimizə peşəkar psixoloqları təqdim edə bilərik”.

E.Şəfiyeva klinik psixoloq kimi yetişmək üçün magistratura və doktorantura təhsilinin, məqsədyönlü elmi tədqiqatların aparılmasının önəmini qeyd edib:

“Ancaq bu halda onlar daha düzgün yanaşmanı və daha yaxşı terapiya və korreksiya nəticələrini əldə etmiş olurlar. Klinik psixoloq mütləq insan anatomiyasını və fiziologiyasını, ali sinir fəaliyyətinin fiziologiyasını, nevrologiyanı, psixiatriyanı, psixofarmokologiyanı bilməlidir. Bu halda onun elmi-praktik fəaliyyəti uğurlu olar və klinik psixoloq kimi sosial statuslu və arzuolunan mütəxəssis ola bilər”.

Yaxşı mütəxəssis kimdir?

“Müasir dövrdə cəmiyyətimizin ali təhsilli, peşəkar psixoloqlara ehtiyacı çoxdur. Amma təəssüf ki, bu gün onların sayı azdır”,- deyə professor bildirib. Onun sözlərinə görə, peşəkar psixoloq təhsili, təcrübəli, davranışı və fəaliyyəti, apardığı terapiya, korreksiya və treninqləri müasir metodlarla olmalıdır. İnsanlar psixoloq seçərkən çox diqqətli olmalı, həmin şəxsin ali təhsilli olmasına və iş təcrübəsinə mütləq diqqət yetirməlidirlər. Həmsöhbətimiz bunun üçün maarifləndirmənin daha çox yaxşı psixoloq modeli üzərindən təqdim edilməsinin vacibliyini vurğulayıb.

O, psixoloq hazırlayan tədris müəssisələrində fəaliyyət göstərən kadrların da bilik səviyyəsinin artırılmasının önəmini qeyd edərək, onların müntəzəm olaraq ixtisasartırma kurslarına cəlb olunmasının vacibliyini vurğulayıb.

Qanunsuz psixoloji yardım göstərən şəxslər məsuliyyət daşıyırlar

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev AZƏRTAC-a bildirib ki, 2018-ci il 7 dekabr tarixli “Psixoloji yardım haqqında” Qanuna əsasən, psixoloq dedikdə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” Qanuna uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs başa düşülür. Qanunun 10-cu maddəsinə görə Azərbaycanda psixoloji yardım iki qrup şəxs - psixoloqlar və klinik psixoloqlar tərəfindən həyata keçirilir.

Hüquqşünas bildirib ki, Qanunun tələblərini pozan şəxslər müəyyən məsuliyyət daşıyırlar. “Psixoloji yardım haqqında” Qanunun tələblərinin pozulmasına görə Qanunun 21-ci maddəsində göstərildiyi kimi şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 215-1-ci maddəsinə (Psixoloji yardım haqqında qanunvericiliyin pozulması) əsasən psixoloqlar psixoloji yardım göstərilməsi zamanı dərman preparatlarını təyin, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edə bilməzlər. Bu vəzifənin pozulması hallarında onlar cərimə növündə inzibati məsuliyyət daşıyırlar. Baş vermiş nəticəyə uyğun olaraq əməl cinayət qanunvericiliyinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” bölməsinin təsiri altına düşdüyü təqdirdə cinayət məsuliyyəti yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH