Qabon Avropa İttifaqı ilə imzaladığı balıq ovu üzrə sazişdən çıxıb
Qahirə, 11 iyun, AZƏRTAC
Qabon Avropa İttifaqı ilə imzaladığı balıq ovu üzrə sazişdən çıxdığını elan edib.
AZƏRTAC BƏƏ Xəbər Agentliyinə istinadla bildirir ki, Qabon hökuməti bu qərarını tərəfdaşlıqda balansın pozulması ilə izah edib.
2021-ci ildə altı il müddətinə yenilənmiş saziş Avropa donanmalarına Qabondakı balıqçılıq ehtiyatlarından istifadə etməyə imkan verirdi. Lakin Qabon hökuməti bildirib ki, əldə olunan gəlirlər tutulan balığın real dəyərini və çəkilən digər xərcləri ödəmir.
Qabon hökuməti balıqçılığın ölkənin ÜDM-dəki payını təxminən 15% artırmağı planlaşdırır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]