QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR ÖLKƏ PREZİDENTİNİN SƏRƏNCAMINI BÖYÜK RAZILIQLA QARŞILAMIŞLAR
Bərdədəki Türkiyənin “Qızıl ay”, Beynəlxalq İslam Nicat təşkilatının “Ərəb-1”, “Ərəb-3” çadır şəhərciklərində, yük vaqonlarında müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərdən Saray Abbasova, Təvəkkül Rüstəmov, Kamran Hüseynov, Qələm Həsənova AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkəmizin Prezidentinin yeni sərəncamı ürəyimizdən xəbər verir. Biz öz seçimimizdə yanılmamışıq. İnanırıq ki, görkəmli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı respublikamızın hərtərəfli inkişafını təmin edəcəkdir. O, biz qaçqın və məcburi köçkünləri də unutmur, sosial şəraitimizi yaxşılaşdırmaq üçün lazımi tədbirlər görür. Dövlətimizin başçısına dərin minnətdarlığımızı bildirir və əminik ki, onun qətiyyəti sayəsində torpaqlarımız erməni işğalından tezliklə azad olunacaqdır.