QAÇQINLAR ÜÇÜN YENİ EVLƏR TİKİLİR
Ölkə Prezidentinin fərmanına əsasən Goranboy rayonunun
Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində Neft Fondunun vəsaiti
hesabına qaçqınlar üçün tikiləcək 1400 evdən 340-ında və bir sıra
ictimai binalarda inşaat işləri başa çatdırılmışdır. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, hazırda 149 mənzildə tikinti işləri sürətlə davam etdirilir.