Qadın cüdoçularımız Macarıstanda təlim-məşq toplanışını başa vurublar
Bakı, 18 aprel, AZƏRTAC
Müxtəlif ölkələrin cüdoçularının iştirakı ilə Macarıstanın Tata şəhərində keçirilən təlim-məşq toplanışı başa çatıb.
AZƏRTAC xəbər verir ki, aprelin 11-də Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə start götürən hazırlıq prosesində Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvləri də iştirak ediblər.
Təlim-məşq toplanışının məqsədi cüdoçu qızların müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqları mənimsəməklə, hazırlıq səviyyələrini təkmilləşdirməkdir.