Qadın cüdoçularımız Sarayevoda böyüklər arasında Avropa kuboku yarışında iştirak edəcəklər
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında cüdo üzrə Avropa kuboku yarışı start götürəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı yarışda 6 qadın idmançı təmsil edəcək. Belə ki, məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə turnirdə Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) mübarizə aparacaqlar.
İki gün davam edəcək yarışda dünyanın 27 ölkəsindən 250-yə yaxın idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]