Qadın güləşçilərimiz birinci MDB Oyunlarında 3 medal qazanıblar
Bakı, 4 sentyabr, AZƏRTAC
Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də qadın güləşçilərin yarışı keçirilib.
Ölkəmizi məşqçi Rövşən Umudovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Yasəmən Məcidli (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) təmsil ediblər.
Bütün çəkilərdə mübarizə dairəvi sistem üzrə baş tutub. Yekunda güləşçilərimizdən Ş.Nəzərova gümüş, T.Varansova və B.Soltanova isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz birinci MDB Oyunlarında uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]