Qadın sahibkarlar regionlarda hüquq və maliyyə sahəsində ekspertlərlə görüşüblər
Bakı, 4 may, AZƏRTAC
Gəncə şəhərində regionda fəaliyyət göstərən iş adamları, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü olan qadın sahibkarlar və AQSİA-nın Gəncə, Şəmkir və Tovuz nümayəndəliklərinin iştirakı ilə “Sahibkarlıq fəaliyyətində hüquq, maliyyə-mühasibatlıq, kadr sənədləşməsinin qanunvericiliyin tələbinə uyğun aparılması” mövzusunda “BSC consulting” şirkətinin ekspert-mütəxəssisləri ilə görüş keçirilib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın üzvü, “BSC consulting”in direktoru Venera Mütəllimovanın təşəbbüsü ilə keçirilən görüşdə sahibkarlara onların fəaliyyət sahələrinə aid olan hüquq, maliyyə-mühasibatlıq, kadr sənədləşməsi, insan resurslarının idarəedilməsi, xidmət və məhsulların satışı prosesində sənədləşmələrin qanunvericiliyin tələbinə uyğun aparılmasının vacibliyi haqda məlumatlar verilib və sahibkarların bu mövzularla əlaqədar yaranmış sualları cavablandırılıb.
Xatırladaq ki, “BSC consulting” paytaxtla yanaşı Gəncə şəhərində də sahibkarların xidmətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]
Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]