QADIN TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİ ALMATIDA KEÇİRİLƏN SEMİNARDA İŞTİRAK ETMİŞLƏR
Dövlət komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarın işində 6 ölkədən - Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak edirdilər. Tədbirin başlıca məqsədi Konvensiyaya üzv dövlətlərin milli hesabatlarının hazırlanmasında ölkələrə yardım göstərmək idi. Seminarda BMT-nin qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması Komitəsinin sədri Ayşə Fəridə Acər məruzə etmişdir. Azərbaycanın ilk hesabatı 1996-cı ildə təqdim olunmuşdur. Növbəti hesabat 1996-2004-cü illəri əhatə etməlidir.