Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda Belarus yığması ilə qarşılaşıb
Bakı, 8 iyun, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, millimiz Bakıda Belarus yığmasını qəbul edib.
Türkiyəli baş hakim Ozan Sarıkayanın idarə etdiyi oyunda rəqib 3:1 (25:21, 25:19, 26:28, 36:34) hesabı ilə qalib gəlib.
İtaliyalı baş məşqçi Covanni Kapraranın yetirmələri Belarus, Finlandiya və İspaniya komandaları ilə “C” qrupunda yer alıb.
Hazırda Belarus 11 xalla qrupda liderdir. İspaniyanın 6, Finlandiyanın 3 xalı var. Sonuncu pillədə olan Azərbaycan voleybolçularının hesabında isə 1 xal var.