Qadın voleybolçularımızın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib
Bakı, 21 noyabr, AZƏRTAC
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək sonuncu dörd klub müəyyənləşib. Belə ki, “Əczaçıbaşı” (Türkiyə), “Dabrova Qornitsa” (Polşa), “Modena” (İtaliya) və “Dinamo” (Krasnodar, Rusiya) klubları növbəti mərhələdə oynamaq şansı əldə ediblər.
AZƏRTAC xəbər verir ki, bu klublardan “Dabrova Qornitsa” komandası “Azərreyl”, “Modena” kollektivi isə “Telekom” komandası ilə qarşılaşacaq.
“Dəmiryolçular”ın “C” qrupunda digər rəqibləri “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) komandalarıdır.
“Rabitəçilər” isə “A” qrupunda, həmçinin “Ximik” (Polşa) və “Konegliano” (İtaliya) klubları ilə yarışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]