Qadınlar arasında 10 metrdən pnevmatik tüfənglə atəşaçma yarışının finalına 8 idmançı vəsiqə qazanıb
Bakı, 13 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışında qadınlar arasında 10 metrdən pnevmatik tüfənglə atəşaçma üzrə təsnifat mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın final mərhələsinə İran, Özbəkistan, Oman, Banqladeş və Tacikistandan 8 idmançı vəsiqə qazanıb.
Təsnifat mərhələsində Azərbaycanı Jalə Bayramova, Xəyalə Hüseynli və Nəzrin Salamzadə təmsil ediblər.