Qadınlar və kişilər arasında boks üzrə Azərbaycan çempionatı davam edir
Bakı, 27 yanvar, AZƏRTAC
Qadınlar və kişilər arasında boks üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışda paytaxt və bölgələri təmsil edən 200-dək dəri əlcək ustası gücünü sınayır.
Yarışın üçüncü günündə 49, 56, 60, 69, 75 və 81 kiloqram çəki dərəcəsində boksçular mübarizəyə qoşulublar.
Əlli altı kiloqramda dünya çempionu olan Cavid Çələbiyev bu dəfə başqa çəkidə rinqə çıxıb. Boksçu 60 kiloqramda ilk qələbəsini qazanaraq növbəti mərhələyə adlayıb. İlk Avropa Oyunlarının bürünc medalını qazanan Tayfur Əliyev (56 kq) və “Rio-2016” Olimpiya Oyunlarının mükafatçısı Kamran Şahsuvarlı (75 kq) da ilk görüşlərini qələbə ilə başa vurublar.
Çempionata yanvarın 30-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]