QADINLARIN BAKIDA KEÇİRİLƏN BEYNƏLXALQ ŞAHMAT TURNİRİNDƏ 2-Cİ TURUN OYUNLARI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də “ÜNS” teatrında qadınlar arasında beynəlxalq şahmat turnirinin 2-ci turunun oyunları başlanmışdır.
Bu turda Nərgiz Umudova-Firuzə Vəlixanlı, Pia Kramlinq-Monika Soçko, İlahə Qədimova-Katerina Laxno, Sofi Milliyet-Antuanetta Stefanova və Lela Cavaxişvili-Viktoriya Çmilite ilə qarşılaşmışlar.
Xatırladaq ki, 1-ci turdan sonra Viktoriya Çmilite, Monika Soçko, Antuanetta Stefanova və Lela Cavaxişvili hərəyə bir xal toplayaraq liderlər qrupuna daxil olmuşlar.
Şahmatçılardan Pia Kramlinq və Katerina Laxno yarım xalla sonrakı yerləri bölüşdürürlər. Sofi Milliyet, Firuzə Vəlixanlı, Nərgiz Umudova və İlahə Qədimova isə ilk görüşlərini uduzaraq turnir cədvəlinin aşağı pilləsində qərar tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]