QADINLARIN VOLEYBOL ÜZRƏ ÖLKƏ ÇEMPİONATININ II DÖVRƏSİNİN OYUNLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 5-də Azərbaycan Voleybol Federasiyasının idman zalında qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatının II dövrəsinin oyunları start götürmüşdür. Birinci dövrədə daha yaxşı nəticə göstərən 4 komanda - “Rabitə”, “Azərreyl-2”, “Gənclik Tələbə İdman Cəmiyyəti” və “Azərreyl-3” komandaları final mərhələsində çempionluq uğrunda mübarizə aparırlar.
Digər 5 komanda - “Veteran”, “Azəri”, “Qax”, “Qusar” və “Yevlax” isə V-IX yerlər uğrunda yarışacaqlar.
Yarışların ilk günü finalçılar qrupunda “Rabitə” komandası “Azərreyl”in 3-cü komandası üzərində 3:0 hesabı ilə qələbə qazanmışdır. V-IX yerlər uğrunda qarşılaşmalar isə aşağıdakı kimi nəticələnmişdir.
“Azəri” - “Yevlax” - 3:0, “Azəri” - “Qax” - 3:2, “Veteran” - “Qax” - 3:0.
Qeyd edək ki, qusarlılar yarışa gəlmədikləri üçün “Qax”- “Qusar” və “Azəri” - “Qusar” oyunlarında qusarlılara texniki məğlubiyyət (3:0) verilib.
Yarışın baş hakimi Çingiz Səmədovun bildirdiyinə görə, “Qusar” komandası son vaxtlar maliyyə sıxıntısı keçirdiyindən yarışlara qatıla bilmir. Yarışlar fevralın 7-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]