Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqazın ilk Keramika Mərkəzindən REPORTAJ

Şəki, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə keramika sənəti də inkişaf etdirilib, bu günə qədər öz əhəmiyyətini qoruyub saxlayıb. Bu qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunub saxlanmasında, ata-babalarımızdan bizə miras qalmış keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin xüsusi rolu və əhəmiyyəti var.

AZƏRTAC-ın bölgə müxbiri Mərkəzdə olub, burada çalışan gənclərlə görüşüb, onların yaradıcılığı ilə maraqlanıb.

Əvvəlcə onu xatırladaq ki, Azərbaycanda keramika sənətinin çox qədim tarixi var. Arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılar göstərir ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən olub. “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında da məqsəd ölkənin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb. Mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir.

Hazırda Mərkəzdə fəaliyyət göstərən rəssam-keramistlərin hamısı yerli sənətkarlardır. Onlar Mərkəzdə təlim keçdikdən sonra işə götürülüblər. Zaur Əhmədov 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra bir müddət Şəki Dövlət Rəsm Qalereyasında bərpaçı-rəssam kimi çalışıb. Əvvəllər “ABAD”la əməkdaşlıq etdiyindən 2018-ci ildə Keramika və Tətbiqi Sənət Mərkəzinə dəvət olunub, təlimlərdə iştirak edib, rəssam-keramist ixtisasına yiyələnib. İndi onun özü burada təşkil olunan təlimlərdə gənclərə bu sənətin sirlərini öyrədir.

“Mərkəz açılandan sonra burada neçə-neçə gənc keramist yetişib. Hazırda onların bir çoxu bu sənətlə fərdi şəkildə məşğul olur. Sevinirəm ki, Şəki şəhərinin beynəlxalq keramika marşrutuna daxil edilməsində bizim azacıq da olsa zəhmətimiz, əməyimiz olub. İndi Qoruq ərazisinə gələn xarici turistlərin əksəriyyəti bizim Mərkəzə də baş çəkir, keramika məhsulları ilə maraqlanırlar. Biz onlara keramika sənəti barədə ətraflı məlumat verir, eyni zamanda, ustad dərslər keçir, suvenirlərin hazırlanmasını özlərinin də iştirakı ilə əyani şəkildə göstəririk. Turistlər əsasən milli elementlər olan işlərə maraq göstərir, hazırladığımız suvenirləri həvəslə alırlar. Hazırda keramikadan gəmi hazırlayıram. Bu sənətə sevgi və marağım böyükdür. Yaxşı haldır ki, yerli sənətkarların sayəsində Şəkidə qədim keramika sənəti də yeni inkişaf dövrünü yaşayır”, - deyə o vurğulayıb.

Digər həmsöhbətimiz rəssam-keramist Kamran İbrahimxəlilov da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2005-ci ildə Akademiyanı xalçaçı-rəssam ixtisası üzrə bitirib. 2006-2010-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında rəssam kimi fəaliyyət göstərib. Sonralar kino sahəsində fəaliyyətini davam etdirib. 2018-ci ildən Keramika Mərkəzində çalışır. O, hazırda keyfiyyətə nəzarət üzrə baş mütəxəssisdir.

Kamran İbrahimxəlilov deyib: “Keramika sənəti, dulusçuluq Şəkidə qədimdən mövcuddur. Rəssam olduğumuza görə dekorativ işlərə daha çox üstünlük veririk. Ümumiyyətlə, bu Mərkəz nəinki Şəkidə, eləcə də respublikamızda keramika sənətinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Gənclər gəlib öyrənir, yeni sənətkarlar yetişir. Buraya əsasən əl qabiliyyəti olan gənclər müraciət edirlər. Hazırda öz üslubuma uyğun keramik vaza üzərində işləyirəm. Ümumiyyətlə, belə böyük ölçülü işlər tez-tez sifariş olunur”.

Keramika və Tətbiqi Sənət Mərkəzinin direktor müavini Rüfət Cəfərovla söhbət zamanı məlum oldu ki, hazırda burada 16 nəfər çalışır. Onlardan 8-i sənətkar kimi fəaliyyət göstərir. Ötən beş ildə 50 nəfərədək həvəskar gəncə keramika sənətinin sirlərinə yiyələnmək üçün təlim keçirilib. Onların 3-ü hazırda Mərkəzdə əməkdaş kimi çalışır, digərləri fərdi şəkildə keramika sənəti ilə məşğul olurlar.

Rüfət Cəfərov bildirib ki, burada əsasən yerli gildən istifadə olunur. Eyni zamanda, Türkiyədən də xammal alınır. Məhsullar paytaxt Bakıda və digər şəhərlərdə yerləşən “ABAD”ın etno-butiklərində satışa çıxarılır. Turistlərin marağına uyğun olaraq, əsasən keramik fincanların, kiçik ölçülü güldanların hazırlanmasına üstünlük verilir. Turistlər üçün hazırlanan suvenirlərin qiyməti işlənmə texnikası və ölçülərinə görə 10-70 manat arasındadır.

Mərkəzdə çalışan rəssam-keramistlər Asim Abbasov, Nurlan Allahverdiyev, Orxan Abbasov, Toğrul Xəlilov və Vahid Əlimov da keramikanın xalqımızın tarixində xüsusi rol oynadığını, bu Mərkəzin açılmasının Şəkidə keramika sənətinin inkişafına böyük töhfə verdiyini vurğulayıblar.

Yeri gəlmişkən, Şəki şəhəri 2021-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna (European Route of Ceramics) üzv seçilib. Seçim zamanı Cənubi Qafqazda ilk Keramika Mərkəzinin məhz Şəkidə yaradılması, həmçinin burada Beynəlxalq Keramika Simpoziumunun və digər beynəlxalq tədbirlərin keçirilməsi əsas rol oynayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir