“QAFQAZIN KLASSİKLƏRİ” SERİYASINDAN NÖVBƏTİ KİTAB
Qafqazın Strateji Tədqiqi İnstitutunun nəşri olan kitabda müsəlman Şərqinin XX əsrin 30-cu illərinə qədərki inkişafı, ərəb dünyasının, Türkiyənin, İranın, Misirin, eləcə də İngiltərə, Rusiya, Fransa, Almaniya, İtaliya, ABŞ kimi dövlətlərin, beynəlxalq imperializmin və müstəmləkəçiliyin təsiri altında olan bir sıra ölkələrin tarixi ilə bağlı fikirlər (siyasi, iqtisadi, hərbi və s.) təqdim edilmişdir.
Topluda müsəlman dünyasının bir sıra ölkələrinin azadlıq və müstəqillik uğrunda mübarizə tarixi tədqiq edilmiş, bu mübarizənin görkəmli nümayəndələrinin – Mustafa Kamal Atatürkün və başqalarının fəaliyyəti işıqlandırılmışdır.